
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, YAP Siyasi Şurasının üzvü Abel Məhərrəmov Azərbaycanın müxalifət partiyalarını İlham Əliyevi dəstəkləməyə çağırıb. A. Məhərrəmov APA-ya açıqlamasında bildirib ki, prezident seçkilərindən əvvəl də o belə bir çağırış səsləndirib və bəzi müxalifətçilər seçki ərəfəsində hakimiyyəti dəstəkləyiblər.
Millət vəkili bundan sonrakı mərhələdə bu addımların davam etməsinin vacib olduğunu deyib: “Mən əminəm ki, bundan sonra bu proses daha da güclənəcək. Çünki son prezident seçkiləri bir daha göstərdi ki, hər bir azərbaycanlıda milli təəssübkeşlik, vətəndaş mövqeyi güclüdür. Ölkənin ümumi uğurlarına hamı sevinir. Ona görə də iqtidar müxalifət münasibətləri daha da tənzimlənəcək və ümumi işimizə kömək edəcək”.
A. Məhərrəmov bundan sonra da müxalifətə İ. Əliyevi dəstəkləməklə bağlı çağırışlar edəcəyini vurğulayıb: “Bu seçkidə biz sıçrayışla qabağa getdik. Bu sıçrayış imkan verdi ki, iqtidar və müxalifət münasibətləri sivil qaydada tənzimləsin”./APA/