
Prezidentliyə keçmiş namizəd Qulamhüseyn Əlibəyli ATƏT-in Azərbaycandakı prezident seçkilərini müşahidə missiyasının rəhbəri Boris Frleslə görüşüb. Q. Əlibəyli APA-ya bildirib ki, görüşdə prezident seçkilərinin nəticələri, səsvermə prosesi, səslərin sayılması və digər məsələlər müzakirə mövzusu olub. ATƏT təmsilçisi seçkidə iştirak edən bitərəf namizədin seçkidən sonrakı fəaliyyəti ilə maraqlanıb. Q. Əlibəyli isə öz növbəsində seçkilər zamanı müəyyən qanun pozuntularının olduğunu, lakin bunun nəticələrə ciddi təsir etmədiyini deyib. O, seçkidən sonrakı mərhələdə partiya quruculuğu ilə məşğul olacağını da söyləyib. /APA/