Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması təklifi birmənalı qarşılanmır
Azərbaycan müxalifətinin geniş koalisiyasının yaranması təklifi birmənalı qarşılanmırAzərbaycan müxalifətinin yeni koalisiyasının yaranması təklifi birmənalı qarşılanmır.
«Müxalifətin birliyinə yönələn hər bir təşəbbüs alqışlanmalıdır», - çərşənbə axşamı Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli TrendNews - a bildirib.

Məmmədlinin fikrincə, elə bir Mərkəz formalaşmalıdır ki, müxalifətin, sağlı-sollu, bütün siyasi spektrini əhatə etsin.

«Bu, demokratiyanın inkişafı ilə bağlı əməkdaşlıq mərkəzi də ola bilər. Amma seçki blokundan söhbət gedə bilməz. Çünki müxalifətin böyük spektrini təşkil edən siyasi təşkilatlar arasında ciddi ideoloji fikir ayrılıqları var», - Ali Məclisin sədri bildirib.

KXCP funksionerinin sözlərinə görə, yalnız seçkilərlə bağlı hədəfləri tam bəlli olan siyasi qurumların bir araya gəlməsi mümkündür:

«Vahid ideloji platforması olan partiyaların komandası indidən formalaşmalıdır. Amma fərqli ideoloji platformaları olan bütün müxalifətin təmsil olunacağı məşvərət xarakterli əməkdaşlıq mərkəzi yaradıla bilər», - Məmmədli vurğulayıb.

«Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan siyasi təşkilatlar arasında müxalifətin daha geniş spektrinin əməkdaşlıq formatının yaranması ilə bağlı müəyyən fikir mübadiləsi olub», - çərşənbə axşamı Mərkəzə daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev TrendNews - a bildirib.

Əliyevin sözlərinə görə, Müsavatın Divanında müzakirə olunan məsələnin detalları ilə bağlı məlumatı yoxdur. «Müxalifətin daha geniş koalisiyasına gəldikdə, müttəfiqliyin müxtəlif formaları var. Bu, işbirliyi, əməkdaşlıq, fəaliyyətin koordinasiyası formasında mümkün ola bilər» - VİP sədri deyib.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov TrendNews - a bildirib ki, Müxalifətin Əməkdaşlıq Mərkəzi yaradılarkən, partiya həmin mərkəzdə təmsil olunmağı məqsədəuyğun hesab etməyib.

«Partiya Mərkəzdə təmsil olunan siyasi qüvvələrin şərtlərini və prinsiplərini məqbul hesab etməyib. Mərkəzdəki siyasi qüvvələrin və partiyanın mövqeləri arasında kəskin fərqlər var», - Orucov bildirib.

«Azərbaycan Milli İstiqlal Partiyasının seçki ilə bağlı mövqeyi bəllidir. Seçkinin nəticələrini tanımaqla bağlı qəbul etdiyimiz bəyanatla ölkədəki sabitliyin demokratik əsaslar üzərində qurulması istiqamətində növbəti addımımızı atdıq. Mərkəzdə təmsil olunan siyasi qüvvələr isə, seçkini legitim hesab etmirlər»,- deyə Orucov qeyd edib.

AMİP təmsilçisinin fikrincə, Azərbaycanda iqtidar -müxalifət münasibətlərinə yanaşmaya düzəlişlər lazımdır. «Artıq eyforiya dövrü keçib və ölkənin, xalqın maraqları üstün tutulmalıdır», - deyə Orucov bildirib.

Orucov bildirib ki, Mərkəz yenə əvvəlki şərtləri irəli sürəcəksə və öz prinsiplərini diktə edəcəksə, partiya həmin Mərkəzdə təmsil olunmaqdan əvvəlki kimi imtina edəcək. «Ümumilikdə isə, müəyyən əməkdlaşlıq etmək mümkündür. Amma bunun birlik və ya ittifaq çərçivəsində olmasını istəmirik. Partiyanın Siyasi Şurasının hər hansı bloklaşmada iştirak etməməsi ilə bağlı qərarı olduğuna görə, mərkəz kimi birlik və ittifaqlarda təmsil olunmaq niyytəimiz yoxdur», - deyə Orucov əlavə edib.

Azərbaycan parlamentində müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, sabiq Baş nazir Pənah Hüseyn hesab edir ki, mövqeləri üst - üstə düşən müxalifət partiya və təşkilatlarının vahid təşkilatda birləşməsi vacibdir.

«Mövqeləri üst - üstə düşən müxalifət partiyaları arasında əməkdaşlıq daha sıx və intensiv formada olmalıdır və bunun təşkilati forması tapılmalıdır. Bu təşkilat ciddi sturukturlara malik olmalıdır», - Hüseyn əlavə edib.

Deputat qeyd ebib ki, müxalifət iki məsələ ilə bağlı da mövqeyini və taktikasını müəyyən etməlidir.

«Birincisi, müxalifət indiki şərait dəyişmədiyi halda seçkilərdə, o cümlədən bələdiyyə və parlament seçkilərində iştirak edib - etməyəcəyini müəyyənləşdirməlidir. İkincisi, müxalifət seçkilərlə real hakimiyyətə münasibətini fərqləndirməlidir. Çünki real hakimiyyəti qəbul edib – etməmək və seçkilər fərqli məsələlərdir», - deyə Hüseyn əlavə edib.

O bildirib ki, yaxın vaxtlarda müxalifətin bu məsələlərdə mövqeyinin müəyyənləşdirilməsi və vahid təşkilatda birləşməsi istiqamətində fəaliyyət göstərəcək, bununla bağlı təkliflər hazırlayır. /Trend/


Èñòî÷íèê: avciya.az
Tarix: 22 Oktyabr 2008   |  Oxunub: 152 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net