
Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi məsələsi Bakıda müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı TrendNews-a Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Almaniya Bundestaqının Sosial-Demokrat Partiyası fraksiyasının nümayəndə heyəti oktyabrın 22 - də Azərbaycana səfərə gələcək.
«Bundestaqın üzvləri Uta Tsapf və Şteffen Rayxenin səfərində məqsəd Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinə dair danışıqlar aparmaqdır», - deyə məlumatda qeyd olunub.
Bundestaq üzvləri Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycan -Almaniya Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşəcəklər.
Qonaqlar Fəxri Xiyabanda eks -prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. /Trend/