Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Prezidentliyə namizədlərdən beşi dövlət büdcəsindən aldığı vəsaiti qaytaracaq
Prezidentliyə namizədlərdən beşi dövlət büdcəsindən aldığı vəsaiti qaytaracaqPrezident seçkilərində iştirak edib, dövlət büdcəsindən təbliğat-təşviqat kampaniyası üçün 28 min 800 manat alan Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev bu vəsaiti MSK-ya qaytarmaq niyyətində deyil. H. Hacıyev APA-ya bildirib ki, hazırda seçki fondunda 18 manat 54 qəpik qalıb. O, qalan pulun seçki kampaniyasına xərcləndiyini deyib. “MSK-ya yalnız 18 manat 54 qəpiyi qaytaracağam. Hesabat verəndə də qalan pulları hara xərclədiyimi göstərəcəyəm”.

Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu isə seçki fondunda pul qalmadığını, bununla belə, MSK qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bu vəsaiti 1 il müddətində hissə-hissə qaytaracağını qeyd edib: “MSK bununla bizi bir qədər gözükölgəli etmək və hər dəfə xatırlatmaq istəyir ki, bunlar seçkidən sonra pulu qaytarmırlar. Buna görə də məsələləri 3 faizin aşağısında həll ediblər ki, pul qaytarılsın. Buna baxmayaraq, biz heç bir dövlət orqanının minnətini götürmək fikrində deyilik”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də qanunun tələbinə uyğun olaraq 28 min 800 manatı 12 ay müddətində MSK-ya qaytaracağını bildirib.

BAXCP sədri Qüdrət Həsənquliyev MSK ilə danışıq aparılacağını, pulun 12 ay müddətinə hissə-hissə ödənilməsi ilə bağlı öhdəlik götürüləcəyini bildirib: “Bizim seçki fondunda pul qalmayıb. Hamısını reklam çarxları, plakatlara xərcləmişik”.

Qulamhüseyn Əlibəyli də qanunun tələbinə əməl edəcəyini deyib: “Qanun nəyi tələb edirsə, ona uyğun addım atılacaq”.

Azərbaycan Liberal Demokrat partiyasının sədri Fuad Əliyev də qanunda nəzərdə tutulan addımları atacaqlarını deyib: “MSK pulun qaytarılması ilə bağlı müraciət etsə, qaytaracağıq. Bu vəsaiti qaytarmaq üçün kifayət qədər imkanımız var”.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov APA-ya açıqlamasında bildirib ki, pulun qaytarılması ilə bağlı namizədlərə müraciət etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, bu məsələlər qanunvericilikdə nəzərdə tutulub və namizədlər qanuna əməl etməlidirlər: “Mən düşünürəm ki, namizədlər seçki qanunvericiliyini gözəl bilirlər. Onların qanuna əməl edəcəyinə ümid edirəm”. Namizədlərdən kiminsə sözügedən vəsaiti geri qaytarmayacağı halda isə N. Məmmədov məsələnin sivil yolla həll ediləcəyini deyib: “Müasir dünyada da sivil yol məhz məhkəmə sayılır”.

Qeyd edək ki, Seçki Məcəlləsinin 94.3.3-cü və 197-ci maddələrinə və MSK-nın qəbul etdiyi Təqvim Planına görə, səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamamış, Seçki Məcəlləsinin 194-cü maddəsində nəzərdə tutulmayan qeydə alınmış prezidentliyə namizədlərin seçki fondlarında pul olmadıqda onlar dövlət büdcəsindən alınmış vəsaiti geri qaytarmalıdırlar. Qanunun tələbinə görə, namizədlər yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılması barədə öhdəlik götürdükdə, səsvermə günündən başlayaraq 12 ay müddətində, həmin öhdəliyi götürmədikdə isə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək vəsaiti geri qaytarmalıdırlar. Yekun maliyyə hesabatı isə seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən gec 10 gün müddətinə müəyyənləşdirilib.

Xatırladaq ki, prezidentliyə namizədlərdən yalnız hazırkı dövlət başçısı İlham Əliyev 3 faizlik baryeri keçib. O, seçicilərin 88,73 faiz səsini alıb. /APA/


Èñòî÷íèê: avciya.az
Tarix: 21 Oktyabr 2008   |  Oxunub: 137 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net