 Məlum olduğu kimi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı ilə ABŞ Respublikaçılar İnstitutu (IRI) Bakı ofisi arasında bu ilin fevralında seçki müşahidəçiləri üçün treninqlərin keçirilməsi və seçki maarifçiliyi sahəsində əməkdaşlıq barədə razılıq əldə olunmuşdur. Bu əməkdaşlığa əsasən IRI ekspertləri AVCİYA Seçki Qərargahının 15 nəfərdən ibarət trenerlər qrupuna keçən həftə 4 günlük seminarlar keçmişlər. AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və ABŞ Respublikaçılar İnstitutu (IRI) Bakı ofisinin ölkə üzrə direktoru Ceyk Consun təşəbbüsü və köməkliyi ilə baş tutan bu treniqlərdə əsasən seçki prosesi ilə əlaqədar liderlik, nüfuz və təşkilatı strategiya problemləri öyrənilmişdir. Treninqlərin təşkili və keçirilməsində IRI Proqram üzrə koordinatoru Elçin Rizayev, IRI Proqram köməkçisi Lalə Cumayeva, AVCİYA Seçki Qərargahının beynəlxalq məsələlər üzrə hüquqşünası İradə Tağıyeva yaxından iştirak etmişlər. Qarşılıqlı razılığa əsasən IRI AVCİYA Seçki Qərargahı ekspertləri üçün seçkilərin monitorinqi ilə əlaqədar yeni treninqlər keçirəcəkdir.
|