
Dünən Göyçayda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin vəkillərinin seçicilərlə görüşü keçirilib. APA-nın Aran bürosunun məlumatına görə, Göyçay şəhər stadionunda keçirilən görüşdə İlham Əliyevin vəkilləri - Milli Məclis üzvləri Şəmsəddin Hacıyev, Elton Məmmədov, Sabir Hacıyev və “İrəli” Gənclər Hərəkatının sədri Ceyhun Osmanlı iştirak edib. Görüşdən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı olub.
İlham Əliyevin vəkilləri Göyçay rayonunun bir sıra kəndlərində də seçicilərlə görüşüblər. /APA/