
Bu gün ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın Saatlı rayonundakı ofisində olmuş və Assosiasiyanın regional nümayəndəliyinin Prezident seçkiləri ilə bağlı fəaliyyəti ilə maraqlanmışlar.
AVCİYA-nın ölkə üzrə bütün mətəqələrdə seçkiləri müşahidə edəcəyi və “ELS” təşkilatı ilə birlikdə 800 məntəqədə “exit- poll”, “quick- count” tədqiqatları aparacağı müşahidə missiyasının nəzərinə çatdırılıb. Qonaqlar həmçinin AVCİYA –nın nəşr etdirdiyi seçki materialları ilə də tanış olmuşlar.