
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) 574 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalana kimi davam edəcək. MSK-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 274 nəfər, MDB Parlament Assambleyasından 3 nəfər, MDB Müşahidə Missiyasından 256 nəfər, Latviya MSK-dan 2 nəfər, Rusiya MSK-dan 3 nəfər, Ukrayna MSK-dan 4 nəfər, Beynəlxalq Respublikaçılar İnstitutundan 2 nəfər, Milli Demokratiya İnstitutundan 5 nəfər, İsrail və Fransa səfirliyinin hərəsindən 1 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.