
Azərbaycanın xarici ölkə səfirliklərində ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki məntəqələri yaradılıb.
«Azərbaycanın xarici ölkə səfirliklərinin 33- də seçki məntəqələri yaradılıb və həmin məntəqələrin lazımi avadanlıqlarla təmin olunması başa çatdırılıb», - deyə cümə günü Trend News - a Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.
Qasımovun sözlərinə görə, ABŞ, Rusiya, İran, Türkiyə, Avropanın bəzi ölkələrindəki səfirliklərdə yaradılmış seçki məntəqələrində 10 mindən çox azərbaycanlı seçicisinin səs verməsi gözlənilir. «Xaricdə yaşayan azərbaycanlılar üçün ayrılmış seçki bülletenləri və protokollar MSK tərəfindən Xarici İşlər Nazirliyinə təqdim olunub və yaxın günlərdə Nazirlik tərəfindən sənədlər səfirliklərə çatdıralacaq»,- deyə o bildirib.
Azərbaycanın Seçki Məcəlləsinə əsasən, hər hansı bir xarici ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı 50 - dən azdırsa, həmin ölkədə seçki məntəqəsi təşkil olunmur. /Trend/