
Azərbaycanın müxalif Müsavat Partiyası Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməsini mümkün saymır.
«Müxalifətdə olan siyasi partiyaların əməkdaşlığını və imkan daxilində müttəfiqliyini dəstəkləyirik, ancaq yaxın zamanlarda bizim Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməyimiz real görünmür», - cümə günü TrendNews - a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Hacılı ADP - nin prezident seçkilərinə münasibətinin Müsavatdan tamamilə fərqli olduğunu qeyd edib.
«Bütövlükdə Azərbaycan hakimiyyətinin siyasəti ilə əlaqədar ADP - nin mövqeyi Müsavat Partiyasının mövqeyindən əsaslı surətdə fərqlənir. Bu fərq o qədərdir ki, iki partiyanın müttəfiqliyi mümkün deyil», - Hacılı bildirib
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, yalnız iki partiyanın siyasətində daha yaxın çalarlar aşkara çıxdığı təqdirldə əməkdaşlığı, hətta ciddi blok yaradılmasını mümkün hesab edir. /Trend/