 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) «Prezident və bələdiyyə seçkilərində seçici fəallığının artırılması, seçkilərin ədalətli və şəffaf keçirilməsinə kömək məqsədilə maarifçilik işinin təşkili» mövzusunda layihənin icrasını davam etdirir. Mingəçevir, Xaçmaz və Sumqayıt şəhərlərindən sonra Qəbələ və Gəncədə iki böyük seminar keçirilib. Seminar iştirakçıları qarşısında çıxış edən AVCİYA Seçki Qərargahının rəhbəri, tarix elmləri namizədi Məhərəm Zülfüqarlı Venesiya Seçki Məcəlləsinə edilən dəyişiklər, seçici fəallığının artırılması yolları, seçkilərin ədalətli və şəffaf keçirilməsində maarifçilik işinin əhəmiyyəti və digər məsələlər barədə geniş məlumat verib. Layihə çərçivəsində nəzərdə tutulan digər beş tədbirin noyabr və dekabr aylarında gələn il keçiriləcək bələdiyyə seçkilərinə həsr etmək məqsədəuyğun sayılıb.
|