 Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 279 beynəlxalq müşahidəçini qeydə alıb. MSK - nın beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Rövzət Qasımovun çərşənbə günü TrendNews - a bildirdiyinə görə, qeydə alınmış müşahidəçilər Avropa Şurası, ATƏT, MDB - nin müşahidə missiyasının, digər xarici ölkə və təşkilatların nümayəndələridir. Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə, 5 gün qalmış başa çatır. / Trend/
|