
Norveç XİN Azərbaycandakı seçkiqabağı siyasi vəziyyəti öyrənəcək. Norveç xarici işlər nazirinin müavini Raymond Yohansen bu məqsədlə oktyabrın ilk günlərində Azərbaycana səfər edəcək. Nazir müavininin səfəri onun Cənubi Qafqaz ölkələrinə ziyarəti çərçivəsində oktyabrın 1-2-də nəzərdə tutulub, - şənbə günü Trend News-a Norveçin Azərbaycandakı səfirliyindən məlumat veriblər.
Nazir müavini Azərbaycan Xarici İşlər Nazirliyində ölkənin siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək. Azərbaycanda akkreditə olunmuş Avropa ölkələrinin səfirləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub. /Trend/