
Müstəqil Dövlətlər Birliyinin (MDB) Azərbaycandakı seçkiləri müşahidə missiyasının qərargah üzvləri Azərbaycan Liberal-Demokrat Partiyasından prezidentliyə namizəd Fuad Əliyev və onun vəkili ilə görüşüblər. Missiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə F. Əliyevin seçki kampaniyasında iştirakı ilə bağlı məsələlər müzakirə olunub.
Bu gün müşahidəçilər Müasir Müsavat Partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev və onun vəkili ilə də görüşəcəklər. Sabah isə onlar Şamaxı, İsmayıllı, Qəbələ və Şəki rayonlarına gedəcək, orada seçkilərə hazırlıq və seçki kampaniyasının gedişi ilə tanış olacaqlar. /APA/