
“Məhbusların prezident seçkisində iştirakında heç bir problem olmayacaq. Bu proses qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcək”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ədliyyə naziri Fikrət Məmmədov deyib.
Onun sözlərinə görə, hər bir məhbus səsvermə hüququna malikdir və bu hüququndan da istifadə edəcək. Cəzaçəkmə müəssisələrində seçki məntəqələrinin yaradılacağını söyləyən nazir prezidentliyə namizədlərin cəzaçəkmə müəssisələrində təbliğat aparmasına da hər cür şəraitin yaradılacağını bildirib. /APA/