
Böyük Quruluş Partiyasının (BQP) başqanı, prezidentliyə namizəd Fazil Qəzənfəroğlu ATƏT-in Seçkiləri Müşahidə Missiyasının rəhbəri, səfir Boris Frles və qurumun siyasət üzrə təhlilçisi Rafael Metyunu qəbul edib.
BQP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə seçkiqabağı dövrdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib, F. Qəzənfəroğlu partiyanın seçkilərə hazırlığı barədə məlumat verib. /APA/