
Azərbaycanın Mərkəzi Seçki Komissiyasında ölkədə prezident seçkilərinin gedişini izləyəcək ATƏT-in müşahidəçi missiyasının 41 nümayəndəsi qeydiyyatdan keçib. Bu barədə Trend News-a çərşənbə axşamı MSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov deyib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. Seçki prosesini ATƏT-in 40 uzunmüddətli və 450 qısamüddətli nümayəndəsi izləyəcək.
Qasımov bildirib ki, qeydiyyatdan keçmiş 28 müşahidəçi uzunmüddətli, 13 müşahidəçi isə nümayəndə heyətinin əsas tərkibinin üzvləridir.
Onun sözlərinə görə, MSK-da qeydiyyatdan keçmiş müşahidəçilər 24 ölkənin nümayəndəsidir.
Qasımov onu da bildirib ki, MDB-nin missiyası Azərbaycana sentyabrın ortalarında gələcək./Trend/