
Azərbaycanın Milli Birlik Hərəkatının lideri Lalə Şövkət müxalifət meydanına yeni qüvvələri dəvət edib. «Azərbaycan müxalifətində demokratiya uğrunda canından keçməyə hazır olan yeni, cavan qüvvələrin meydana gəlməsini istərdim. Yeni müxalif qüvvələrə dəstək verməyə hazıram», - deyə cümə günü jurnalistlərə Şövkət bildirib.
Onun sözlərinə görə, mübarizə aparmamış şəxslərin kənarda dayanıb, bizim getməyimiz barədə fikirlər səsləndirmələri qeyri - ciddi görünür. «Kimlərsə bizim meydanı tərk etməyimizi istəyirsə, biz hazırıq, amma yeni qüvvələr gəlməlidir ki, meydan boş qalmasın. Yeni qüvvələr varsa, meydana çıxsınlar. 2005 - ci ildən sonra yeni qüvvə görmürəm»,- deyə Şövkət bildirib. /Trend/