
Azərbaycan Demokrat Partiyası (ADP) oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etmək fikrindən daşınıb. Partiyanın sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, seçkilər elan olunana qədər ADP bu prosesi müşahidə etməyə ciddi hazırlaşıb və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu ilə birgə təlimlərdə olub: “ADP seçkilərdə hər hansı bir şəkildə iştirak etməmək haqqında qərar qəbul edib. Bu qərar həm də seçkilərin müşahidəsi ilə bağlıdır. Bir halda ki seçkidə iştirak etmiriksə, nəyə görə seçkini müşahidə etməliyik?” Qeyd edək ki, digər partiyalar seçkiləri boykot etsə də, onlar səsvermənin gedişini müşahidə etmək niyyətindədirlər. /APA/