 Azərbaycanda qarşıdakı prezident seçkisinin gedişini izləyəcək Avropa Şurasının (AŞ) müşahidə missiyası sentyabrın 15-də Bakıya səfərə gələcək. Bu barədə çərşənbə günü jurnalistlərə AŞ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Veronika Kotek bildirib. AŞ missiyasına Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel rəhbərlik edəcək. Oktyabrın 15-nə təyin olunan seçkilərə bir neçə gün qalmış AŞ-nin qısamüddətli monitorinq qrupu Bakıya səfər edəcək. Azərbaycan Mərkəzi Seçki Komissiyası prezident postuna iddialı 20 nəfərin namizədliyini təsdiq edib. Onlardan ikisinin namizədliyi rəsmi olaraq qeydiyyata alınıb. /Trend/
|