
Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının rəhbəri, Sloveniyanın keçmiş xarici işlər naziri Boris Fırles sentyabrın 1-də Bakıya gəlir.
ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, B. Fırleslə birgə missiyanın əsas üzvlərindən olan daha 7 müşahidəçi də Azərbaycana gələcək. Uzunmüddətli müşahidəçilər rəsmi olaraq sentyabrın 7-dən fəaliyyətə başlayacaqlar və seçkilərə kimi onların sayı 30-a çatacaq.
Seçkilər günü isə ATƏT müşahidəçilərinin sayı 460 nəfər təşkil edəcək. Onlar respublikanın bütün bölgələrində müşahidə aparacaqlar. /APA/