 MSK mətbuat xidmətindən məlumat verilib. MSK-dan bildirilib ki, həmin nəticələri etibarsız sayılan məntəqələr 51 saylı Qusar, 72 saylı Yardımlı-Masallı, 78 saylı Lerik seçki dairələrinin məntəqələridir. Bu gün səhər saatlarından etibarən 125 seçki dairələrinin seçki məntəqələri üzrə məlumatlar Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilib. Hazırda ölkə üzrə 5314 seçki məntəqəsindən 5311-nin protokolları ilə saytda tanış olmaq mümkündür. Artıq dairə seçki komissiyaları səsvermənin nəticələrinə dair yekun protokolları MSK-ya təqdim etməyə başlayıblar. Xatırladaq ki, Seçki Məcəlləsinin tələbinə əsasən, MSK səsvermə günündən 20 gün keçənədək DSK-ların protokollarını (Məcəlləyə uyğun olaraq əlavə edilən sənədlərlə birlikdə) yoxlayır və 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. APA
|