 Azərbaycan Respublikası Prezidentinin seçkilərlə bağlı müvafiq sərəncamlarından irəli gələn vəzifələrin icrası istiqamətində işlər davam etdirilir. Mərkəzi Seçki Komissiyasından bildirmişlər ki, seçkilərin daha da şəffaf və demokratik keçirilməsi üçün dövlətimizin başçısının sərəncamına uyğun olaraq müvafiq tədbirlər görülür. Bakı və ətraf rayonlarda, eləcə də regionlarda monitorinqlər keçirilmiş, seçki məntəqələrinin otaq problemləri araşdırılmışdır. Dairə seçki komissiyaları üçün yeni binalar tikilib istifadəyə verilmiş, bəziləri əsaslı təmir olunmuşdur. Seçkilərə qədər 62 seçki məntəqəsi yeni otaqlarla təmin olunacaq, 1076 məntəqənin yerləşdiyi binalarda təmir işləri aparılacaqdır. AzərTAc
|