 ATƏT-in Bakı ofisi də daxil olmaqla, seçkilərlə maraqlanan digər beynəlxalq qurumların fəaliyyəti Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən həmişə izlənilir. Beynəlxalq təşkilatların mütərəqqi, konstruktiv fikirləri təqdir olunur. Bu fikirləri MSK sədri Məzahir Pənahov ATƏT-in Bakı ofisinin parlament seçkiləri ilə bağlı avqustun 26-da açıqladığı tövsiyələrə münasibət bildirərkən söyləmişdir. M.Pənahov demişdir: “Buna baxmayaraq, mən həmişə MSK adından bu qurumlara minnətdarlığımı bildirirəm. ATƏT-in Bakı ofisi Azərbaycanda keçirilən son bir neçə seçkidə kifayət qədər fəallıq göstərmişdir”. ATƏT-in Bakı ofisi avqustun 24-də Bakıda keçirilən “dəyirmi masa”da səslənən təklifləri ümumiləşdirərək qarşıdan gələn parlament seçkilərinin işıqlandırılmasına dair tövsiyələr hazırlamışdır. AzərTAc
|