 Partiyanın müraciəti müzakirə olunub. “Qarabağ” Seçki Blokuna qoşulmaq üçün Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bu partiyanın sədrlərinə müraciət edib Ümid Partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadənin verdiyi məlumata görə, bu gün Ümid Partiyasının mərkəzi qərargahında üç partiya sədri bir araya gələrək Aydınlar Partiyasının müraciətini müzakirə ediblər. Görüşdə həmçinin “Qarabağ” Seçki Blokunun vahid namizədlər siyahısının hazırlanması ətrafında müzakirələr aparılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir. Lent.az
|