Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Sual-cavab
Sual-cavabHörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Namizədliyi irəli sürmək və seçilmək hüququ hansı halda məhdudlaşdırılır?

– Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsinin İİİ hissəsinə əsasən hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər. Habelə Konstitusiyanın 85-ci və 100-cü maddələrinə uygun olaraq məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə, yəni ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərin, ikili vətəndaşlığı olan, həmçinin xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisin deputatı, prezident və bələdiyyə üzvü seçilmək hüququ yoxdur.

– Seçki günü xarici dövlətlərdə olan Azərbaycan vətəndaşları səsvermədə necə iştirak edə bilərlər?

– Seçki Məcəlləsinin 16.5-ci maddəsinə müvafiq olaraq səsvermə günü xaricdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə ümumiyyətlə keçirilmir. Prezident seçkiləri vaxtı isə xarici dövlətdə Azərbaycan Respublikasının səfirliyi və ya konsulluq idarəsi mövcud deyilsə və ya mövcud olmağına baxmayaraq diplomatik nümayəndəlikdə və ya konsulluq idarəsində seçki məntəqəsi yaradılmayıbsa o zaman həmin xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşları da səsvermədə iştirak etmirlər. Diplomatik nümayəndəliyin və ya konsulluq xidmətinin fəaliyyət göstərdiyi xarici dövlətlərdə isə əgər qanuna müvafiq olaraq məntəqə yaradılıbsa o zaman həmin olkələrdə olan vətəndaşlarımız seçkidə iştirak edə bilərlər. Lakin burada istisnalar var. Ona görə də müvafiq prosedur yalnız prezident seçkilərindəki səsverməni əhatə edir.

– Bir nəfər eyni zamanda bir neçə dairədən namizədliyini irəli sürə və seçkilərdə iştirak edə bilərmi?

– Şəxs eyni zamanda bir neçə dairədən namizədliyini irəli sürə və namizədliyi qeydə alındığı dairədən seçkilərə qatıla bilər. Əgər namizədliyini irəli sürmüş şəxsin namizədliyi bir neçə dairədə qeydə alınarsa, o zaman vətəndaş məhz hansı dairədən seçkilərə qatıldığı barədə qarar verməlidir. Çünki hər bir namizədin adı yalnız bir dairədə seçki bülleteninə salına bilər.

AVCİYA Mətbuat Xidməti
Tarix: 26 Avqust 2010   |  Oxunub: 92 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net