Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Venetsiya Komissiyasının milli QHT-lərlə əməkdaşlığı zəruridir
Venetsiya Komissiyasının milli QHT-lərlə əməkdaşlığı zəruridirAzərbaycan Respublikasında gedən vətəndaş cəmiyyəti quruculuğu prosesinə demokratik institutlar yaxından kömək edirlər. Vətəndaş cəmiyyəti quruculuğunda demokratik seçkilər prioritet təşkil etdiyindən ən çox diqqət verilən sahələrdən biri məhz seçkilərdir. Qanunvericiliyin təkmilləşdirilməsi, seçicilərin maarifləndirilməsi, onların fəallığının artırılması, seçkilərin monitorinqi və s. məsələlərdə beynəlxalq təşkilatlar, konkret olaraq ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu, Avropa Şurasının Venesiya Komissiyası, Beynəlxalq Seçki Fondu (İFES), ABŞ Milli Demokratiya İnstitutu, habelə akkreditə olunmuş bir sıra ölkələrin səfirlikləri Azərbaycana yaxından kömək göstərirlər. Bu il keçiriləcək parlament seçkiləri ərəfəsi də bu qurumlar seçkilərin şəffaf və ədalətli keçməsi üçün əllərindən gələni əsirgəmirlər. Seçki Məcəlləsinin təkmilləşdirilməsi sahəsində beynəlxalq təşkilatlar içərisində ən çox Azərbaycanla əməkdaşlıq edən Avropa Şurasının Venesiya Komissiyasıdır.
Azərbaycanda keçirilən hər seçki ərəfəsi Venesiya Komissiyası “Seçki Məcəlləsi”nə dəyişiklərlə bağlı öz tövsiyələrini təqdim edir. Bu proses əsasən seçkilərə təxminən bir il qalmış başlayır və mayın axırı, iyunun əvvəlləri başa çatır. Hazırda Milli Məclisə seçkilər ərəfəsi olduğundan bu proses yenə də aktualdır.
Bəs Avropa Şurasının Venesiya Komissiyasının əsas missiyası nədən ibarətdir? Bu komissiya konkret olaraq Azərbaycanla bağlı hansı işləri həyata keçirir?
Venesiya Komissiyası 1990-cı ildə Avropa Şurasına daxil olan 18 dövlət tərəfindən yaradılıb. Onun əsl adı “Hüquq və Demokratiya uğrunda Avropa Komissiyası”dır. Bu komissya İtaliyanın Venesiya şəhərində toplandığına görə çox zaman onu bu şəhərin adı ilə adlandırırlar. İlk vaxtlar bu qurum şərqi Avropa ölkələrində Avropa konstitusiya ənənələrinə uyğun yeni konstitusiyaların qəbul olunmasına yaxından yardım edib. Bu missiya o zaman “təcili konstitusiya köməyi” adlandırılırdı. Bundan başqa komissiya norma və tövsiyələr hazırlamaq yolu ilə münaqişələrin tənzimlənməsi və aradan qaldırılması sahəsində də mühüm işlər görüb. 2002-ci ilin fevralında imzalanmış saziş qurumun daha da genişlənməsinə və bura Avropa ölkəsi olmayan dövlətlərin də qoşulmasına imkan verdi. Hazırda Venesiya komissiyasına 50 ölkə daxildir. Avropa Şurasına daxil olan ölkələrlə yanaşı buraya 2004 – cü ildə Qırğızıstan, 2005 – ci ildə Çili, 2006 – cı ildə Koreya Respublikası və Çernoqoriya daxıl olub. Komissiyanın işində Belorus dövləti assosiativ üzv qismində iştirak edir. Bundan başqa Argentina, İsrail, Qazaxıstan, Kanada, Meksika, ABŞ, Uruqvay və Yaponiya bu komissiyada müşahidəçi statusuna malikdirlər. Cənubi Afrika Respublikasına bu qurumda müşahidəçi statusuna bərabər olan əməkdaşlıq üçün tərəfdaş statusu verilib.
Venesiya komissiyası demokratik institutlarda böyük iş təcrübəsinə malik, hüquq və siyasi elmlərin inkişafına tövhələr vermış nüfuzlu ekspertlərdən ibarətdir.

Komissiyanın fəaliyyətinə aşağıdakı sahələr daxildir:

– Konstitusiya hüququ sahəsində səylərin birləşdirilməsi;

– Seçkilər və referendumlar;

– Konstitusiya məhkəmələri ilə əməkdaşlıq;

– Tədqiqatlar, məruzələr, “transmilli” seminarların təşkili.

Seçkilər və referendumlar sahəsində komissiya aşağıdakı işləri həyata keçirir:

– Demokratik seçkilər üçün məsləhət və tövsiyələrin verilməsi;

– Seminarlar, təkmilləşmə kursları və məsləhətlərin təşkili;

– Seçkilərin keçirilməsi üçün normaların tövsiyə edilməsi;

– Məsləhətlər

Venesiya Komissiyası 1997, 2000 və 2003-cü illərdə Albaniyanın seçki qanunvericliyinin hazırlanmasında fəal iştirak edib. 1997-ci ildə bu quruma Bosniya və Hersoqovina üçün seçkilərə aid qanun layihəsi hazırlamaq həvalə olunub. Bundan əlavə komissiya Ukrayna, Moldova, Ermənistan, Makedoniya, İsveçrə və Azərbaycana da seçki qanunvericiliyinin təkmilləşdirilməsində kömək göstərib. Hazırda komissiyanın “VOTA” adlı məlumat bazasında 30 ölkənin 60-dan artıq seçki qanunu toplanıb.
Venesiya Komissiyası Azərbaycan Respublikasına 2003-cü il prezident, 2004-cü il bələdiyyə, 2005-ci il Milli Məclis və 2008-ci il prezident seçkiləri ərəfəsində “Seçki Məcəlləsi”nə dəyişiklərlə bağlı müxtəlif tövsiyələr verib. Bu tövsiyələrin bəziləri nəzərə alınıb, bəziləri isə müzakirə predmeti olaraq qalır. 2005-ci ilin sentyabr və 2008-ci ilin avqust aylarında Venesiya Komissiyası MSK ilə birlikdə seçki maarifçiliyi ilə əlaqədar seminarlar təşkil edib.
Azərbaycan Respublikası Milli Məclisində 2008-ci ilin iyununda “Seçki Məcəlləsi”nə əlavə və dəyişikliklər edildikdən sonra Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabat müzakirə edilərək, 11627 saylı qətnamə qəbul olunub.

Qətnamədə prezident seçkilərinə kimi aşağıdakı işlərin görülməsi tövsiyə olunub:

1 Seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması;

2 Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi;

3 Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması;

4 Müxalifət partiyalarının mitinq keçirmək hüququna zəmanət verilməsi.

Venesiya Komissiyasının “ Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi ilə bağlı tövsiyələri, Milli Məclisin məcəlləyə etdiyi son dəyişikliklərin təhlili sübut edir ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlər daim diqqət mərkəzindədir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə hesab edir ki, demokratik islahatların həyata keçirilməsində, o cümlədən “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı təklif və tövsiyələrin hazırlanmasında vətəndaş cəmiyyəti institutlarının rolu son illər daha da artmışdır. Buna görə də Venesiya Komissiyasının hər hansı təkliflər irəli sürməmişdən əvvəl nüfuzlu milli QHT-lərlə məsləhətləşmələr aparmasına, onlarla əməkdaşlıq etməsinə ciddi ehtiyac var. Bu cür əməkdaşlıq hər hansı abstrak təkliflərin deyil, daha real təkliflərin irəli sürülməsinə kömək edə bilər.

AVCİYA Mətbuat Xidməti
Tarix: 26 Avqust 2010   |  Oxunub: 110 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net