Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycan demokratiya yolunda inamla irəliləyir
Azərbaycan demokratiya yolunda inamla irəliləyirCari ilin noyabrında keçiriləcək parlament seçkilərinin azad, şəffaf və ədalətli şəraitdə baş tutması üçün ölkə hakimiyyəti tərəfindən bütün zəruri addımlar atılır.
Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq inkişafı daim xüsusi diqqətdə olan məsələlər sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə müasir dünya tələblərinə cavab verən demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması istiqamətində görülən işlərin miqyası genişlənir.
O da danılmaz həqiqətdir ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın inkişaf etmiş əksər ölkələri daha uzun müddətə keçiblər. Beynəlxalq səviyyədə də açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yaradan Azərbaycan dünya miqyasında həm də siyasi və demokratik tərəqqi yolunda möhtəşəm nailiyyətlərlə imza atan dövlət kimi xarakterizə olunur. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır. Ölkədə hakimiyyət bölgüsü prinsipinin ən qabaqcıl dünya standartlarına uyğun olması, demokratik dəyərlərin inkişafı istiqamətində islahatların sürətli xarakter daşıması, aparıcı Avropa təsisatları ilə yüksək səviyyəli əməkdaşlıq qurulması, Qərb təcrübəsinin üstün cəhətlərinin uğurla mənimsənilməsi və bu qəbildən olan digər hallar demokratiyanın inkişafına zəruri töhfələr verib və verməkdədir. Bütün bunlar öz növbəsində Azərbaycanın mövcud tərəqqi yolunun nə dərəcədə düzgün olduğunu, eyni zamanda inkişafın kompleks xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev bununla əlaqədar bildirmişdir: "Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik. Azərbaycanda bütün sahələrdə görünən inkişaf onun bariz nümunəsidir. Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar - hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Biz inamla irəliyə gedirik, ölkəmizi inamla idarə edirik".
Demokratiyanın ən vacib kateqoriyaları sırasında yer alan azad, şəffaf, ədalətli seçkilərin, ümumxalq səsvermələrinin keçirilməsi sahəsində də Azərbaycan qazanılan nailiyyətlərin miqyası baxımından seçilən ölkələr sırasındadır. Demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazasının yaradılması və onun Avropa standartlarına uyğunluğunun təmin edilməsi, seçki praktikasının daim təkmilləşdirilməsi ölkəmizdə bu sahədə əlverişli bir mühit formalaşdırıb. Siyasi partiyaların sərbəst fəaliyyəti, azad, ədalətli seçki sisteminin mövcudluğu, Seçki Məcəlləsinin Avropa təcrübəsinə uyğun təkmilləşdirilməsi, regionda ilk dəfə olaraq Azərbaycanda exit-polun tətbiqi, seçki məntəqələrində veb-kameraların quraşdırılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, digər bu kimi məqamlar da qeyd edilənlərin bariz sübutudur. Seçkilərə qatılan namizədlərin qanunvericiliyin tələblərinə müvafiq qaydada təbliğat, təşviqat kampaniyaları aparmaları üçün lazımi şərait yaradılması, seçki komissiyalarının tərkibinin formalaşdırılması prosesində siyasi partiyaların, bitərəf qüvvələrin, vətəndaş cəmiyyəti təmsilçilərinin yaxından iştirakı, seçkilərin gedişinin izlənilməsi üçün yerli və beynəlxalq müşahidəçilərə hər cür imkanın yaradılması, aparılan maarifçilik işi də bu sahədə demokratik mühitin yaradılmasını xarakterizə edən mühüm göstəricilərdəndir. Qeyd edilənlər cari ilin payızında keçiriləcək parlament seçkilərinin də şəffaf, demokratik və ədalətli şəraitdə baş tutacağını deməyə əsas verir. Ölkənin ictimai-siyasi həyatında yaşanacaq bu mühüm kampaniya ərəfəsində Seçki Məcəlləsinə edilən yeni əlavə və dəyişikliklər Azərbaycanda seçki praktikasının daha təkmil xarakter daşımasına və onu dünya təcrübəsinə maksimum uyğunlaşdırmağa xidmət edib. Digər qanunvericilik aktlarında da edilən dəyişikliklərin əsas mahiyyəti məhz bu missiyanın uğurla reallaşmasına yönəlib.
Ötən seçkilərdə olduğu kimi, bu dəfə də sözügedən prosesdə iştirak edəcək bütün namizədlər və siyasi partiyalar üçün bərabər şərait yaradılması istiqamətində lazımi işlər görülüb və görülməkdədir. Ölkə hakimiyyəti isə bununla əlaqədar üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməkdə, müvafiq beynəlxalq təşkilatların tövsiyələrini nəzərə almaqdadır. Prezident Administrasiyasınin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı verdiyi açıqlamada bir daha bəyan edib ki, Azərbaycan hakimiyyəti qarşıdakı parlament seçkilərində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Əli Həsənov bu məsələdə ATƏT-in bütün tövsiyələrinin nəzərə alındığını da bildirib. O deyib: "Hakimiyyət olaraq biz bəyan etdik ki, seçki prosesində namizədlərə bərabər şərait yaradılması, KİV-də seçki təbliğatına maksimum yer verilməsi, o cümlədən İctimai Televiziyada Seçki Məcəlləsinə müvafiq olaraq göstərilən vaxtdan daha səmərəli istifadə olunması, özəl televiziyalarda namizədlərə pullu efir vaxtı ayrılması və azad seçki yarışı mühitinin formalaşması üçün addımlar atmağa hazırıq. Biz inanırıq ki, builki seçkilərdə bu şərait tam yaradılacaq. Əhali kimə səs verəcəksə, o da gələcək parlamentdə bizi təmsil edəcək".
Prezident Administrasiyasınin ictimai-siyasi məsələlər şöbəsinin müdiri ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə "Seçkilərin mediada əks etdirilməsi" mövzusunda keçirilən "dəyirmi masa"dakı çıxışında media orqanlarının yenə sərbəst fəaliyyət göstərəcəyini vurğulayıb: "Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində KİV-in fəaliyyətini məhdudlaşdıran heç bir administrativ resursdan istifadə olunmayacaq". Onun sözlərinə görə, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsində göstərilən bütün imkanlardan istifadə ediləcək. Özəl mətbuatın seçkilərdə fəaliyyəti üçün heç bir məhdudiyyət qoyulmayacağını bildirən Əli Həsənov İctimai Televiziyada bütün namizədlərə təbliğat üçün lazımi şərait yaradılacağını qeyd edib. O əlavə edib: "Biz bu prosesin şəffaf keçirilməsini istəyirik. Təəssüflər olsun ki, seçki prosesi ilə seçkidən sonrakı vəziyyət fərqlidir. Seçki prosesində hamı prosesin normal olduğunu deyir. Nəticələr açıqlanandan sonra isə qalib gələ bilməyənlər deyir ki, saxtakarlıq, problem var".
Onu da bildirək ki, seçki dövründə Mərkəzi Seçki Komissiyası media orqanlarının müşayiəti ilə fəaliyyət göstərir və artıq bu, Azərbaycanda müsbət ənənəyə çevrilib. Dünyanın heç bir ölkəsində ödənişsiz efir vaxtı praktikası olmasa da, Azərbaycanda bu təcrübədən istifadə edilməsi ölkəmizdə namizədlər üçün daha əlverişli şəraitin yaradılmasından xəbər verir. Eyni zamanda Seçki Məcəlləsində efirdə ödənişli təbliğat üçün vaxt və ödənişli reklama görə heç bir məhdudiyyət yoxdur.
Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev isə bildirir ki, Azərbaycanda artıq seçki mədəniyyəti formalaşıb və son bələdiyyə seçkilərində ölkəmiz demokratiya yolunda növbəti addımlar atdığını nümayiş etdirib. Onun sözlərinə görə, 2009-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı bəzi pozuntular da olub və bunlar ölkə rəhbərliyi tərəfindən prinsipial olaraq qiymətləndirilib. Zeynal Nağdəliyev növbəti parlament seçkisində bu mövqenin daha da sərtləşəcəyini xüsusi olaraq diqqətə çatdırıb.
Seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, dairə seçki komissiyaları sədrlərinin peşəkar hazırlığının artırılması məqsədilə dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilməsi də ölkə hakimiyyətinin azad, şəffaf və ədalətli seçkilərin baş tutmasında maraqlı olduğunu göstərən əsas məqamlardandır.

Rasim BAYRAMOV,
"Azərbaycan"
Tarix: 26 Avqust 2010   |  Oxunub: 95 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net