Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

HAZIRLANMIŞ TƏKLİFLƏR PAKETİ İLƏ BURADA TANIŞ OLA BİRLƏRSİNİZ
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası (AVCİYA)












AZƏRBAYCAN RESPUBLİKASINDA 2009 – CU İL BƏLƏDİYYƏ SEÇKİLƏRİ
İLƏ ƏLAQƏDAR “ SEÇKİ MƏCƏLLƏSİ”NƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI





TƏKLİFLƏR PAKETİ











Bakı 2009

Preambula

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qərbə inteqrasiya yolunda və vətəndaş cəmiyyəti quruculuğunda bir sıra irəliləyişlər əldə edib. Azərbaycanın Avropa Şurasına üzv olması, Avropa İttifaqı il Fəaliyyət Planı imzalaması, Avropa Birliyinin Şərq tərəfdaşlıq Proqramında iştirak etməsi, bir sıra beynəlxalq konvensiyalara, o cümlədən Avropa İnsan Haqları Konvensiyasına qoşulması və s. buna misal ola bilər.
Azərbaycanın qərbə inteqrasiyasında prioritet məsələlərdən biri ədalətli və şəffaf seçkilərin keçirilməsidir. « Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanmış Fəaliyyət Planında müəyyən edilmiş on prioritet sahədən ikincisi «Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsi»nə aiddir.
Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra demokratik seçkilər üçün əlverişli mühitin yaradılması istiqamətində müəyyən addımlar atılıb. Məsələn, 2003 - ci ildə keçirilmiş son prezident seçkilərində ilk dəfə olaraq şəffaf seçki qutularından istifadə edilmiş, İFES-in vasitəçiliyi və Almaniya, Niderland, ABŞ və Böyük Britaniya dövlətlərinin köməyi ilə nömrəli plastik kilidli 7500 ədəd daşınmayan, 4950 ədəd daşınan şəffaf seçki qutusu hazırlanıb ölkəyə gətirilib.
Son parlament seçkilərinin əvvəlki seçkilərə nisbətən daha da təkmilləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005 - ci il tarixli sərəncamları müsbət təsir göstərib. Səsverənlərin barmağına mürəkkəb vurulması praktikasından istifadə olunması, ilk dəfə tətbiq olunan seçici vəsiqələrinin istifadəsi, seçici siyahılarının dərc edilməsi, müstəqil “exit-poll”arın keçirilməsi, xaricdən maliyyələşən yerli QHT-lər üzərindən seçkilərin müşahidəsi ilə bağlı məhdudiyyətlərin aradan götürülməsi və s. yeniliklər son parlament seçkilərini əvvəlkilərdən köklü surətdə fərqləndiyini göstərir. 2000-ə yaxın namizədin mübarizə apardığı, 1500 beynəlxalq və 17 minə yaxın yerli müşahidəçi tərəfindən izlənilmiş parlament seçkiləri, bəzi qanun pozuntularına baxmayaraq Beynəlxalq Seçkiləri Müşahidə Missiyasının müşahidəçilərinin də göstərdiyi kimi əvvəlki seçkilərlə müqayisədə təkmilləşməni nümayiş etdirmişdir.
Eyni zamanda seçkilərdə yol verilmiş pozuntulara görə 10 seçki dairəsində seçkilərin nəticələri etibarsız hesab edilmiş, bəzi seçki dairələrində səslər yenidən hesablanmışdır. Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq seçkilərdə qanun pozuntularına yol verdiklərinə, Prezidentin 11 may və 25 oktyabr sərəncamlarını pozduqlarına görə üç icra hakimi vəzifəsindən azad edilmiş, bir sıra seçki komissiyalarının sədrləri həbs olunmuşdur. Azərbaycan tarixində ilk olan belə tədbirlər gələcəkdə qanun pozuntularına yol verilməməsi üçün nümunə rolunu oynayacağı şübhəsizdir.
2006 - cı ilin payızında Respublikada beynəlxalq təşkilatların dəstəyi ilə uşaq parlamentinə demokratik seçkilər keçirilib və ilk dəfə olaraq uşaq parlamenti formalaşdırılıb.
Bütün bunlara baxmayaraq beynəlxalq təşkilatların da qeyd etdiyi kimi Azərbaycanda demokratik və ədalətli seçkilərin keçirilməsi üçün hələ çox işlər həyata keçirilməlidir.
Avropa Şurası Venetsiya Komissiyası əvvəlki seçkilərdə olduğu kimi Avropa 2008 – ci il Prezident seçkiləri ərəfəsində də “Seçki məcəlləsi”nə dəyişklərlə bağlı tövsiyyələr etmişdi. Bunlar əsasən aşağıdakılardan ibarət idi :
• Seçki hüquqlarının pozulması ilə bağlı şikayət və müraciətlərin verilməsi və onlara baxılması mexanizmlərini tənzimləyən Seçki Məcəlləsinə və Mülki Məcəlləyə müvafiq dəyişikliklər edilməsi;
• Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması;
• Seçki prosesinə, o cümlədən seçki komissiyalarının fəaliyyətinə, təbliğat kampaniyasına hakimiyyət qurumlarının qanunsuz müdaxilə faktları ilə bağlı obyektiv araşdırmaların aparılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün daha səmərəli hüquqi mexanizmlər hazırlanması;
• Seçki komissiyası tərəfindən şikayətlərə baxılmasını, hər bir şikayət üzrə səsvermənin keçirilməsini və şikayətlər üzrə seçki komissiyalarının qərarlarının sənədləşdirilməsini təmin etmək məqsədilə Seçki Məcəlləsinə dəyişiklik edilməsi;
• MSK-ya verilmiş şikayətlər ayrı-ayrılıqda hər hansı MSK üzvü və ya əməkdaşı tərəfindən deyil, bu qurumun özü tərəfindən kollegial qaydada araşıdırlması;
• Seçki Məcəlləsində şikayətlərin hansı hallarda məhkəməyə, hansı hallarda seçki komissiyasına verilməsi dəqiqləşdirilməsi;
• Namizədlərin qeydə alınmasından imtinaya aid müddəanın dəyişdirilməsi; (Namizədlərin qeydiyyatının ləğv edilməsi ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Namizədin qeydiyyatının ləğvi yalnız onun namizədliklə bağlı qanunun tələblərinə cavab vermədiyi hallarda məhdudulaşdırılmalıdır);
• Seçiqadağı kütləvi tədbirlər üçün yer ayrılması;
• Təşviqat hüququnun dəyişdirilməsi;
• Maliyyələşdirmə müddəalarının dəyişdirilməsi;
• Qeydiyyatın ləğvi prosedurlarının dəyişdirilməsi;
• İlkin nəticələrin elan edilməsi müddətinin dəyişdirilməsi;
• Seçki prosesindən sonra şikayətə baxılma sistemi təkmilləşdirilməsi,
şikayətlərin imzalanması;
• Cinayət faktları ilə bağlı prokurorluq orqanlarına birbaşa müraciəti
məhdudlaşdıran və yalnız seçki komissiyalarına bu cür müraciət hüququ verən
normalar yenidən nəzərdən keçirilməsi;
• Seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı iddiaların ədalətli və
obyektiv araşdırılımasını təmin edəcək prosedurlar müəyyən edilməsi;
• “Konstitusiya məhkəməsi haqqında” qanunda seçkilərin nəticələrinin
təsdiq edilməsi, xüsusilə seçkilərin nəticələrinin ləğvi ilə bağlı şikayətlərə
baxılmasını tənzimləyən normalara yenidən nəzər salınması və s.
Bu təkliflərə əməl edilməsi məsələləri Avropa Şurasının 14 – 15 mart, 26 may, 2 iyun, 12 iyun 2008 – ci il tarixli iclaslarında baxılıb. Azərbaycan Respublikası Milli Məclisi Venetsiya Komissiyasından, bir sıra yerli və beynəlxaq təşkilatlardan verilən tövsiyyələri nəzərə alaraq “ Secki Məcəlləsi”nə 2 iyun 2008 – ci iltarixdə 145 maddəsinə 91 dəyişiklik edıb.
Azərbaycan Respublikası Milli Məclisində “ Secki Məcəlləsi”nə yuxarıdakı əlavə və dəyişiklər edildikdən sonra Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabat müzakirə edilərək, 11627 saylı qətnamə layihəsi əlavə və dəyişiklərlə qəbul olunub. Qətnamədə prezident seçkilərinə kimi aşağıdakı işlərin görülməsi tövsiyyə olunub:
• Seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması;
• Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi;
• Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması;
• Müxalifət partiyaların mitinq keçirmək hüququna qarantiya verilməsi
Venetsiya Komissiyasının “ Secki Məcəlləsi”nin təkmilləşdirilməsi ilə bağlı tövsiyyələri, Milli Məclisin məcəlləyə etdyi son dəyişiklərin təhlili sübut edir ki, Azərbaycan Respublikası secki qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir. Lakin əvvəlki illərdən fəarqli olaraq bələdiyyə seşkilərinin keçiriləcəyi 2009 – cu ildə hələ ki, Venetsiya Komissiyasının “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı hər hansı yeni təklif və tövsiyyələri irəli sürülməyib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə hesab edir ki, demokratik islahatların həyata keçirilməsində, o cümlədən “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı Respublikanın nüfuzlu təşkilatları təşəbbüsü öz əllərinə almasına, təklif və tövsiyyələrini aidiyyatı qurumlara təqdim etməsinə ciddi ehtiyac var. Fikrimizcə bu sahədə yerli və beynəlxalq təşkilatların əməkdaşlığına, hər hansı beynəlxalq təşkilatın “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı təkliflər irəli sürməmişdən əvvəl yerli qurumların geniş spektri ilə məsləhətləşməsi daha real təkliflərin ortaya çıxmasına imkan verər.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2009 – cu il bələdiyyə seçkiləri ərəfəsi “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək ayda bir dəfə olmaqla silsilə tədbirlərdə təkliflər paketini ictimaiyyətə təqdim etməyi qərara alıb. Assosiasiya 22 may 2009 – cu il tarixdə keçidiyi tədbirdə “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı I sənədini təqdim edir.










I Sənəd

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2009 – cu il bələdiyyə seçkiləri ərəfəsi “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək ilk olaraq ən çox müzakirə pretmeti olan 24, 30 və 36 - cı maddələr barədə təkliflərini ictimaiyyətə açıqlamağı lazım bilir. Hazırda qüvvədə olan “Seçki məcəlləsində 24 – cü maddə aşağıdakı redaksiyada verilib:

DÖRDÜNCÜ FƏSİL

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI

Maddə 24. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası

24.1. Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir.
24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir.
24.3. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.
24.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar.

Maddə 30. Dairə seçki komissiyalarının təşkili

30.1. Dairə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 90 gün qalmış təşkil edilməlidir.
30.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.
30.3. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.
30.4. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar.

Maddə 36. Məntəqə seçki komissiyalarının təşkili

36.1. Məntəqə seçki komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət tərkibdə təşkil edilir.
36.2. Məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər. Həmin namizədlər müvafiq seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.
36.3. Məntəqə seçki komissiyasının 2-dən çox üzvü bələdiyyə qulluğunda ola bilməz.
36.4. Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılırsa, onlar səsvermə gününə azı 40 gün qalmış təşkil edilməlidir.
36.5. Məntəqə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq vəsiqə alırlar.
36.6. Hər bir qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin təşəbbüs qrupunun məntəqə seçki komissiyası işə başladığı andan səsvermənin nəticələri rəsmiləşdirilənədək məntəqə seçki komissiyasına bir müşahidəçi təyin etmək hüququ vardır. Həmin müşahidəçilər üçün bu Məcəllənin 40.7-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçmək tələb olunmur.
36.7. Bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən təsdiqlənir.



“Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası” haqqında 24 – cü maddənin

TƏHLİLİ

2000-ci il parlament seçkiləri ilə əlaqədar qəbul olunmuş "Mərkəzi Seçki Komissiyası haqqında" Qanunda Venetsiya Komissiyasının hazırda irəli sürdüüyü təklif nəzrə alınmışdır.Qanuna görə, 18 nəfər üzvü olan MSK-nın 1/3-i hakim partiyanın, 1/3-i Milli Məclisdə təmsil olunan 2 müxalifət partiyasının, 1/3-i müstəqil deputatları tərəfindən təyin olunmalı idi. Müstəqil deputatların da təyin edəcəyi 6 nəfərdən biri iqtidar partiyası, biri isə həmin 2 müxalif partiya ilə razılaşdırılmalı idi. Qərarların MSK-da üzvlərin 2/3-nin səsi ilə qəbul olunması da qanunda öz əksini tapmışdı. Bir nəfərin müxalifətlə razılaşdırılması, yəni onun rəyi ilə təsdiq olunması MSK-da heç bir tərəfin, yəni nə iqtidarın, nə də müxalifətin 2/3 səsə malik olmamasına gətirib çıxarırdı ki, MSK haqqında həmin qanun məhz bu cəhəti ilə əvvəlki qanunlardan fərqlənirdi. Lakin müxalifət ilə razılaşdırılmalı olan bir namizədin seçilməsi ilə bağlı problem yarandığına və bu səbəbdən MSK – nın iclaslarını keçirmək ümkün olmadığina görə həmin müddəa sonradan dəyişdirildi.
Seçkilər Məcəlləsinin müzakirələrində siyasi partiyaların, qeyri hökümət təşkilatlarının və ictimaiyyətin digər nümayəndələri ilə yanaşı Avropa Şurasının, ATƏT - in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu və Avropanın Venetsiya Komissiyasının, Beynəlxalq Seçki Fondunun ( İFES), ABŞ Milli Demokratiya və Respublikaçılar İnstitutlarının, ölkədə akreditə olunmuş bir sıra ölkələrin səfirliklərinin nümayəndələri də iştirak etmişlər . Bu dövrdə ATƏT DTİHB - nin təşəbbüsü ilə 2002 - çi il dekabrın 16 - 17 - də dəyirmi masa, ATƏT Bakı ofisinin təşəbbüsü ilə 2003 - cü il fevralın 26 - 27 - də elmi - praktik konfrans keçirilmişdir. Bundan başqa Seçkilər Məcəlləsinin müzakirəsi 2003 - cü ilin fevralında Strasburqda Azərbaycan Respublikası Prezident Aparatının nümayəndəsi ilə Avropa ekspertləri arasında da aparılmışdır.
Bu dövrdə aparıcı müxalifət partiyalarının daxil olduqları Müxalifətin Koordinasiya Mərkəzi (MKM) yeni təkliflə çıxış etmişdir. Bu təklifin əsas məzmunu ondan ibarət idi ki, Mərkəzi Seçki Komissiyası 2000 - ci il parlament seçkilərində bir faizlik barajı keçmiş partiyaların nümayəndələrindən təşkil olunsun. İqtidar nümayəndələri bu təkliflə razılaşmamışlar.
Növbəti mərhələdə ATƏT - in Bakı ofisinin rəhbəri Piter Burhardın təşəbbüsü ilə iqtidar - müxalifət ekspertlərinin Milli Məclisin binasında görüşü təşkil olunmuşdur. Bu görüşdə iqtidar tərəfdən Prezident Aparatının şöbə müdiri Şahin Əliyev, Müxalifətin Koordinasiya Mərkəzindən hüquqşünası Fuad Ağayev iştirak etmişlər. 2003 – cü il martın 7 - si və 10 - nunda keçirilmiş görüşlərin heç birində müsbət irəliləyiş olmamışdır. Bu görüşlərdən sonra ATƏT - in missiyasının bitdiyini deyən Piter Burahrd eyni zamanda tərəflərin istəyi olarsa, təşkilatın vasitəçilik səylərinin bərpasının mümkün olduğunu da bildirmişdir.
Bundan sonra MKM seçki komissiyalarının tərkibi və iş qaydasına dair müzakirələrin başlanması şərti ilə iqtidarın Seçki Məcəlləsi layihəsinin bütöv mətnini məqbul saydığını bəyan etmişdir. MKM - in bu güzəşti onu nəzərdə tuturdu ki, seçki komissiyalarının tərkibi və iş qaydası ilə bağlı ortaq məxrəcə gəlinərsə müxalifət indiki Seçki Məcəlləsi layihəsinin digər maddələrinə etiraz etməyəcək. Bu müxalifət partiyalarının seçki qanunun demokratikliyi naminə etdiyi çox böyük güzəşt olsa da iqtidar bu təklifi də qəbul etməmişdir.
Seçki Məcəlləsi layihəsinin MM - də maddələrlə müzakirəsi 10 aprel 2003 - cü il tarixdə başa çatsa da parlamentdə SM layihəsinin ikinci oxunuşda səsverməyə çıxarılıb qəbul edilməsi təxirə salınmışdı.
Bu mərhələdə Avropa Şurası Venetsiya Komissiyasının və ATƏT - in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təklifi ilə Milli Məclis katibliyinin rəhbəri Səfa Mirzəyevin və Prezident Aparatının şöbə müdiri, layihənin müəlliflərindən olan Şahin Əliyev Strasburrqa çağrılmış və aprelin 14 - də müzakirələr davam etdirilmişdir.
“Seçki Məcəlləsi”nin 24 – cü maddəsi müxtəlif dövlərdə təkmilləşdirilmiş və hazırkı formanı almışdır. Seçki komissiyalarının hazırki formatı Venetsiya Komissiyası və Azərbaycan Hökuməti arasında gedən danışıqların nəticəsi olaraq Azərbaycan Respublikasınin 27 may 2003-cü il tarixli Qanunu ilə müəyyənləşdirilmişdir. Həmin Qanuna əsasən Seçki Məcəlləsinin seçki komissiyalarının tərkibi ilə bağlı maddələr 2005-ci ildə yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci iclas günü qüvvəyə minmişdir.
2008-ci il prezident seçkiləri ilə əlaqədar Venetsiya Komissiyası seçki komissiyalarının yenidən formalaşdırılmasıyla bağlı Azərbaycan tərəfi ilə yenidən danışıqlara başlayaraq müxalifət partiyalarının təklifinə əsasən seçki komissiyalarının paritet əsaslarla siyasi partiyalardan formalaşdırılması təklifini irəli sürüb. Lakin bu təklif qəbul olunmayıb. Fikrimizcə bu təklifin qəbul olunmamasının səbəbləri aşağıdakılardır:
• Paritet kimi nəzərdə tutlan iki tərəf arasında qüvələr nüsbəti çox fərqlidir; (iqtidar və müxalifət partiyalarını təmsil edən deputatların sayları arasında fərq çox böyükdür)
• Bu təklifdə paritetin bir tərəfi hesab olunan müxalif qüvvələrini hansı partyaların irəli sürəcəyi namizədlərdən təmsil olunacağı qeyri – müəyyəndir. (Parlamentdə təmsil olunmayan müxalifət partiyaları ilə parlamentdə təmsil olunan müxalifət partiyaları arasında bu məsələdə yekdil fikir yoxdur)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2009 – cu il bələdiyyə seçkiləri ilə əlaqədar “Seçki Məcəlləsi”nin 24, 30 və 36 - cı maddələrə dəyişikliklərlə bağlı təklifləri:
DÖRDÜNCÜ FƏSİL

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI

Maddə 24. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası
24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri xüsusi test imtahanlarında müsbət nəticə qazanmış şəxlər sırasından mühasibə yolu ilə müəyyənləşdirilir və Milli Məclis tərəfindən seçilir.
24.3. Mərkəzi Seçki Komissiyası azı son 5 ildə heç bir patiyanın üzvü olmayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil olunur;
24.4. Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilər sahəsində böyük təcrübəyə malik olmalıdırlar;
Maddə 30. Dairə seçki komissiyalarının təşkili
30.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri xüsusi test imtahanlarında müvəffəqiyyət qazanmış şəxslər arasından müsahibə yolu ilə seçilərək Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.
30.3. Dairə seçki komissiyası azı son 5 ildə heç bir patiyanın üzvü olmayan seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil olunur;
Maddə 36. Məntəqə seçki komissiyalarının təşkili

36.2. Məntəqə seçki komissiyası az son 5 ildə heç bir patiyanın üzvü olmayan şəxslərdən təşkil olunur. Həmin namizədlər müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.
36.3. Məntəqə seçki komissiyasının üzvləri onların müstəqil fəaliyyətinə maneə olan hər hansı dövlət vəzifəsi tuta bilməzlər. Məntəqə seçki komissiyasının heç bir üzvü bələdiyyə qulluğunda ola bilməz.
36.7. Bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən səlahiyyətli hesab olunur.
Tarix: 22 May 2009   |  Oxunub: 389 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net