Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Azərbaycan müxalifətinin geniş koalisiya yaradılması üzrə apardığı gizli danışıqların üstü açıldı
Azərbaycan müxalifətinin geniş koalisiya yaradılması üzrə apardığı gizli danışıqların üstü açıldıAzərbaycan Demokrat Partiyasının müxalifətin geniş koalisiyasının yaradılması üzrə apardığı gizli danışıqların qaranlıq məqamları açılıb.

«Azərbaycan müxalifətinin daha geniş çərçivədə əməkdaşlığı ideyasını hamıdan qabaq biz vermişik. İlkin danışıqlar Müsavat Partiyası ilə aparılıb və onlar razılıq verəndən sonra biz iş bölgüsünü də razılaşdırmışıq», - müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu çərşənbə günü TrendNews - a bildirib.

Cəlaloğlu deyib ki, Müsavatın başqanı İsa Qəmbərlə, müxalifətin daha geniş spektrdə əməkdaşlığı üçün Klassik Xalq Cəbhəsi və Liberal partiyalarının rəhbərliyi ilə onun danışıqlar aparması qərara alınıb: «Bundan sonra biz ayrı-ayrılıqda görüşərək, ideyanı müzakirə edib ümumi nəticə əldə etmişik», - Cəlaloğlu deyib.

ADP sədri Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının indi meydana çıxıb, onun rəhbərlik etdiyi siyasi hərəkatla danışıqlar aparılacağı barədə fikirlər səsləndirməsinə təəccübləndiyini də qeyd edib.

«Mən başa düşmürəm, ideyanı verən bizik. Mirmahmud Mirəliğolu və Lalə Şövkət Hacıyeva ilə danışıqlarda əldə edilən müsbət nəticələr İsa Qəmbərlə də müzakirə olunub. Üstündən iki həftə keçəndən sonra Müsavatın guya yeni təşəbbüslə çıxış etməsi kimi oyunlardan isə, heç nə anlaya bilmirəm», - Cəlaloğlu vurğulayıb.

Onun fikrincə, bu cür qarışıq münasibətlərin Azərbaycan xalqına, eyni zamanda bu ideya ətrafında birləşən qüvvələrə hansısa mənfəət gətirəcəyini düşünmür.

« Söhbət hansı təşəbbüsdən gedir? Biz indi irəli sürülən məsələlər ətrafında hərtərəfli müzakirə aparmışıq. Danışıqların birinci raundu qurtarandan sonra Arif Hacılı ortalığa çıxıb», - ADP sədri deyib.

Cəlaloğlunun fikrincə, prezident seçkisindən öncə müxalifətin daha geniş koalisiyasının yaradılması ilə bağlı ADP -nin irəli sürdüyü ideyanı Müsavatın öz adına çıxması ümumi işə ziyan gətirə bilər.

« Söhbət tamamilə yeni bir təşəbbüsdən gedirsə, bu başqa məsələdir. Amma bizim Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan siyasi hərəkatlar, eyni zamanda ADP, AMİP və KXCP ilə birgə yaradacağımız yeni qurumdan söhbət gedirsə, bu ideyanı biz İsa Qəmbərlə müzakirə etmişik, hansı işləri görəcəyimiz haqda iş bölgüsü də aparılıb», - Cəlaloğlu qeyd edib.

«Bizim Sərdar Cəlaloğlunun təşəbbüsü ilə müxalifətin daha geniş tərkibdə əməkdaşlığının baş tutması istiqamətində apardığımız müzakirələrin nəticəsinin mətbuata açıqlanması nəzərdə tutulmurdu», - çərşənbə günü KXCP sədri Mirmahmud Mirəlioğlu TrendNews-a bildirib.

Mirəlioğlunun sözlərinə görə, müxalifətin daha geniş spektrinin əməkdaşlığı barədə irəli sürülən fikirlər zaman -zaman dəstəklənib: «Bizim fikrimizcə, bu məsələdə müəlliflik uğrunda mübarizə aparmaq yox, inteqrasiyaya nail olmaq lazımdır. Bu məqsədlə seçkidən xeyli əvvəl hətta kimin kimlərlə görüşməsi üçün iş bölgüsü də aparılıb. Proses bu gün də davam edir», - KXCP sədri xatırladıb.

Onun sözlərinə görə, bu, iki gün öncə Müsavatın Divanında müzakirə olunan məsələ deyil: «Bu, çoxdan gündəmə gətirilən məsələdir, müzakirələr hələ də gedir», - Mirəlioğlu deyib.

KXCP sədri ideyanın kimin tərəfindən irəli sürülməsinə baxmayaraq, müxalifətin daha geniş əməkdaşlığının baş tutacağına inanır: «Hansısa funksioner öz hisslərini cilovlaya bilməyib danışsa belə, biz bunun fövqündə durmağı bacarmalıyıq. Biz bunu edə bilməyəcəyiksə, başqaları bu addımı atmalıdır», - Mirəlioğlu vurğulayıb.

« Ölkənin aparıcı siyasi qüvvələri prezident seçkisində iştirak etməmək barədə qərar qəbul edəndən sonra, onların arasında əməkdaşlıq zəruri məsələ kimi gündəmə gəlib», - çərşənbə günü müxalifətdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər TrendNews -a bildirib.

Qəmbər bu məsələ ətrafında Müsavatın bir çox partiyalarla məsələhətləşmələr apardığını təsdiq edib: «Proses indi də davam edir. Bu məsələhətləşmələr nəticəsində problemlərə prinsipial müxalifət mövqeyindən yanaşan və ortaq mövqe formalaşdırmağa imkanı olan siyasi qüvvələrin əməkdaşlıq prosesi artıq başlayıb», - Qəmbər deyib.

Müsavat başqanının sözlərinə görə, əməkdaşlığın dərinləşməsi kifayət qədər realdır: « Müsavat Partiyası bu əməkdaşlıqda mövqelərin prinsipiallığını çox önəmli hesab edir, bütün mümkün variantların nəzərdən keçirilməsini məqsədəuyğun sayır», - Qəmbər vurğulayıb. /Trend/




Èñòî÷íèê: avciya.az
Tarix: 23 Oktyabr 2008   |  Oxunub: 167 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net