Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

AVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurdu
AVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduTədbiri giriş sözü ilə açan AVCİYA –nin Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd etdi ki, 2004-cü ilin dekabrında bütün Azərbaycan ərazisində 300-dən çox yerli və xarici müşahidəçinin iştirakı ilə bələdiyyə seçkilərinin monitorinqini təşkil edib və “exit-poll” (çıxışda sorğu) tədqiqatını həyata keçirib.
Onun sözlərinə görə, assosiasiya 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010 - cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirilib.
Assosiasiya 26.05.2010 – cu il tarixdə mətbuat konfransı keçirərək fəaliyyət proqramı ictimaiyyətə açıqlayıb. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar reqionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb.
• I mərhələdə - reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası;
• II mərhələdə - reqionlarda müşahidəçilər üçün təlim keçəcək təlimçilərin hazırlanması;
• III mərhələdə - müşahidəçilər üçün treniqlər keçirilməsi, seçicilərin fəallığının artırılması və seçki günü ölkə üzrə müşahidənin təşkili;
AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan I mərhələni, regional ofislərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini (4 – 30 iyun 2010) iyun ayının axırında başa vurub. Natiq bununla bağlı bildirdi ki, bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə reqional nümayəndəliyinin işi parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bundan başqa Xaçmaz ( 5 iyun), Şirvan (12 iyun), Lənkəran (19 iyun), Lerik (20 iyun), Zaqatala (27 iyun), Gəncədə (28 iyun) ətraf rayon nümayəndələrinin iştirakı ilə seminarlar keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub.
AVCİYA iyul ayının əvvələrindən fəaliyyət proqramın II mərhələsində Respublikanın 8 regionunda təlimçilər üçün seminarlar keçirib. Konkret olaraq Şirvan (20 iyul), Lənkəran (21 iyul), Ucar (23 iyul), Goranboy ( 24 iyul), Gəncədə (25 iyul), Oğuz (26 iyul), Xaçmaz ( 29 iyul), Zaqatalada ( 01 avqust) təlimçilər üçün seminarlar keçirilmiş və reqionlarda müşahidəçilərə treniqlər keçmək üçün 43 nəfər təlimçi hazırlanmışdır. Təlimçilərin hər birinə AVCİYA Seçki Qərargahının sertifikatları verilicək. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini təşkil edir. Bununla əlaqədar hazırlanacaq “Aralıq hesabat” ictimaiyyətə təqdim olunacaq. Daha sonra AVCİYA- nın bu günə qədər seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr edildiyini qeyd edən M.Zülfüqarlının sözlərinə görə, bu ilin iyul ayında isə 3 min tirajla “2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” 3 min tirajla çap olunaraq regionlara paylanıb. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Bundan əlavə avqustun 19 – dan başlayaraq 7 noyabra qədər hər həftənin 4 – cü günü 525 – ci qəzetin bir səhifəsi AVCİYA – nın Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini əks etdirən yazılar dərc olunacaq.
Assosiasiya sentyabr ayının əvvələrindən başlayaraq - III mərhələdə nəzərdə tutulan aşağıdakı işlərin həyata keçirilməsinə başlayacaq:
• Reqionlarda, həmçini Bakı və Sumqayıtda müşahidəçilərin müəyyən edilməsi və onların qanuna müvafiq olaraq qeydiyyatdan keçirilməsi;
• Respublikanın bütün bölgələrində AVCİYA – nın yerli təlimçilərinin köməyi ilə müşahidəçilər üçün treniqlərin təşkili;
• Reqionlarda seçicilərin fəallığının artırılması üçün maarifçilik işlərinin həyata keçirilməsi;
• Uzunmüddətli Müşahidəsinin davam etdirilməsi və “Aralıq hesabat”ın hazırlanması;
• Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ;
• Seçki günü ölkə üzrə müşahidənin təşkili və s.
Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçiləri Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür. Bundan başqa AVCİYA Association Of European Election Officials (ACEEEO) təşkilatının 9 – 11 sentyabr 2010 – cu il tarixdə Tbilisi şəhərində keçiriləcək konfransında təmsil olunacaq və Assosiasiyanın bu quruma üzvülük məsələsi müzakirə ediləcək.
Tədbirin sonunda treninq iştirakçılarına sertifikatlar təqdim edildi.

AVCİYA Mətbuat Xidməti

AVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduAVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduAVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduAVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduAVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduAVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurduAVCİYA parlament seçkiləri ilə əlaqədar fəaliyyət proqramının ikinci mərhələsinə yekun vurdu
Tarix: 27 Avqust 2010   |  Oxunub: 119 dəfə   |   Kateqoriya: Tədbirlər » Pres-relizlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net