|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 18 mart 2009–cu il tarixidə keçiriləcək refendumla bağlı geniş fəaliyyət proqramını mərhələlər üzrə həyata keçirir. Bununla bağlı AVCİYA Seçki Qərargahı referenduma hazırlıq mərhələsini, referendum gününü və referendumdan sonrakı proseslərin monitorinqini həyata keçirmək üçün yanvar ayının 10–dan intensiv fəaliyyətə başlayıb. Monitorinq prosesində 15 qəzet («Azərbaycan», «Yeni Azərbaycan», «Üç nöqtə», «Həftə içi», «Xalq cəbhəsi», «Ədalət», «Şərq», «Səs», «Yeni Müsavat», «Azadlıq», «Bizim yol», «Exo», «Zerkalo», «Ekspress», «525-ci qəzet») və 4 telekanalın (İTV, Az.TV, ANS, Lider) fəaliyyətinin də müşahidəsi həyata keçirilir.
|