Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüşüb
'Prezidentliy601;Oktyabrın 5-də Böyük Quruluş Partiyasından prezidentliyə namizəd Fazil Mustafayev Şirvanda seçicilərlə görüş keçirib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, görüşdə Fazil Mustafayev seçicilərə seçki platforması barədə məlumat verib, onların suallarını cavablandırıb.

Namizədin çıxışı, əsasən, Azərbaycanın neft ölkəsindən rifah ölkəsinə çevrilməsi ruhunda olub. Görüşü ATƏT nümayəndələri də müşahidə edib. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 148 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müşahidə aparmaq məqsədi ilə MSK-ya müraciət üçün müəyyən edilmiş müddət başa çatıb
Müşahidə aparmaq məqsədi ilə MSK-ya müraciət üçün müəyyən edilmiş müddət başa çatıbOktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə aparmaq məqsədi ilə Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət üçün müəyyən edilmiş müddət başa çatıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, MSK-nın qəbul etdiyi Təqvim Planına görə, müşahidəçilərin qeydiyyatı səsverməyə 10 gün qalana kimi davam edir. MSK-da qeydiyyatdan keçən şəxslər ölkə ərazisində istənilən seçki dairəsində və seçki məntəqəsində müşahidə aparmaq hüququna malikdirlər. A. Sarıyev bildirib ki, MSK-ya müraciət edən yerli və xarici müşahidəçilərin hamısının müraciətinə baxılmadığından yekun nəticə hələlik bəlli deyil. Sonuncu hesablamaya görə mindən çox şəxs MSK-da qeydiyyatdan keçib.

A. Sarıyev Dairə Seçki Komissiyalarında müşahidəçilərin qeydə alınmasının səsverməyə 5 gün qalana kimi davam edəcəyini bildirib. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Ukrayna səfiri MSK sədri Məzahir Pənahovla görüşüb
'UkraynaUkraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Klimçuk bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüş keçirib. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfir oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə hazırlıq vəziyyəti ilə maraqlanıb. MSK sədri isə seçkilərə hazırlıqla bağlı həyata keçirilən tədbirlər, seçki komissiyalarının fəaliyyət prinsipləri və s. vacib seçki məsələləri barədə məlumat verib. Görüşdə həmçinin, Azərbaycan və Ukrayna MSK-ları arasında əməkdaşlıq barədə memorandumun imzalandığı qeyd olunub və komissiyaların altı ildir ki, bu sənədə uyğun olaraq təcrübə mübadiləsi apardıqları bildirilib. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 125 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Qüdrət Həsənquliyev: “Prezidentliyə namizədliyimi kiminsə xeyrinə geri götürmək fikrim yoxdur”
'Q252;dr601;tPrezidentliyə namizəd Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Təbliğat kampaniyası necə gedir?

- Kampaniya normal gedir. Lakin bizim təbliğat imkanlarımız iqtidar nümayəndəsi ilə müqayisədə məhduddur. Azərbaycan dövlət televiziyası hazırda Seçki Məcəlləsini pozaraq, yalnız prezidentin təbliğatı ilə məşğul olur. Düzdür, Seçki Məcəlləsində qeyd olunub ki, prezident kampaniya dövründə öz səlahiyyətlərini davam etdirir, deməli, onun prezident kimi fəaliyyəti də işıqlandırılmalıdır. Amma dövlət televiziyası hazırda sırf təbliğatla məşğul olur. Mən və daha bir neçə prezidentliyə namizəd də parlamentdə deputat kimi çıxış edirik, amma dövlət televiziyası bizimlə bağlı adi bir görüntü belə vermir.

Həmçinin, məqsədyönlü şəkildə parlamentdəki iqtidar çoxluğu Mərkəzi Seçki Komissiyasını formalaşdırmadı. Mən bu məsələni Milli Məclisdə də qaldırdım, qanunda da əks olunub ki, azlıqda qalan partiyalar MSK-ya 6 nümayəndə təyin edə bilər. Bir nəfər isə bitərəflərin nümayəndəsi kimi razılaşdırılır. Lakin bu heç də belə olmadı, iki yer boş saxlanıldı. Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə ictimaiyyətə yanlış informasiya verərək, guya bizim öz aramızda razılaşa bilmədiyimizi söyləyir. Halbuki, digər 4 yerə üzv təyin olunanda da hər hansı razılaşma əldə olunmamışdı.

Başqa bir nöqsan isə İctimai Televiziyada bizə ayrılan pullu efir vaxtı ilə bağlıdır. Qanunda göstərilib ki, pullu efir vaxtı pulsuz efir vaxtı qədər və ya ondan iki dəfə çox ola bilər. Bizdə isə 4 namizədə 5 dəqiqəlik efir vaxtı ayrılır.

Digər televiziyalar isə seçki təbliğatı prosesində ümumiyyətlə iştirak etmirlər. Yalnız ANS bu prosesə qoşulub. Bu televiziya isə yalnız reklam çarxları yayımlayır, çıxış üçün efir vaxtı ayırmır.

- Yerlərdə təbliğat kampaniyasının aparılması üçün şərait necədir? Məsələn, plakatlar cırılırmı və ya seçicilərlə görüş üçün yerlər ayrılırmı?

- Kütləvi olaraq, plakat cırılması halı yoxdur. Sadəcə, bir-iki yerdə xuliqanlıq faktı kimi belə hallar qeydə alına bilər. Amma bu çox epizodikdir. Seçicilərlə görüşlər üçün də normal şərait var. Daha doğrusu, bu şərait yerlərə görə dəyişir. Məsələn, mənim Qusar və Xaçmazda seçicilərlə görüşüm üçün rayon mərkəzlərində çox gözəl yerlər ayrılmışdı. Göyçayda da zalın vəziyyəti yaxşı idi, amma mərkəzdən uzaqda idi. Lənkəranda isə həm yer bərbad idi, həm də çox uzaq idi. Lənkəranda görüşün baş tutmamasına da çalışıldı. Amma digər rayonlarda belə hallar olmayıb.

- Seçki kampaniyası dövründə paytaxtda mitinq keçirməyi planlaşdırırsınızmı?

- Bəli, hava şəraitindən asılı olaraq, ya mitinq, ya da qapalı görüş keçirməyi nəzərdə tuturuq. Artıq görüş keçirmək üçün müraciət də etmişik. Müraciətdə Opera və Balet Teatrının binasını istəmişik.

- Bu seçki kampaniyası ilə bağlı ölkədə çox fərqli fikirlər var. Kampaniyanın sakit keçməsi əsas müzakirə mövzularından biridir. Necə hesab edirsiniz, seçki belə olmalıdır, yoxsa daha böyük hay-küyə ehtiyac var?

- Bu mülahizələrin ortaya çıxmasının çox səbəbi var. Əvvəla, bu seçkiyə elektron informasiya vasitələrinin ayırdığı vaxt çox azdır. Bu KİV-lərin seçki təbliğatdakı rolu çox zəifdir. Müxalifətdən olan namizədlərin efir imkanları isə xeyli məhduddur. İkincisi, hər seçkidə ölkənin seçki sivilizasiyasına uyğunlaşması bir az daha artır. Yəni, sözü qışqıra-qışqıra deyil, sakit tərzdə, real formada deməyi öyrənənlərin sayı artır.

Məsələn, mən bizim partiyadan başqa öz platformasını ortaya qoyan ikinci namizədə rast gəlmirəm. Bəzi namizədlər yalnız sual verir, olan problemləri sadalayırlar, YAP-dan olan vəkillər isə ancaq tənqidlərə cavab verir və görülmüş işlərdən danışırlar. Bizdən başqa, ölkədəki mövcud problemlərin köklü, fundamental həlli yolları ilə bağlı ortaya variant qoyan ikinci partiya yoxdur. Bizim platformamızda Konstitusiya, səhiyyə və təhsil islahatları, Dağlıq Qarabağ problemi, iqtisadi sahə ilə bağlı bütün görüşlər öz əksini tapıb. Məsələn, biz deyirik ki, yanvar ayının birindən pensiyaçılar 500, müəllimlər və həkimlər 600 manat alacaq. Hər yeni doğulan uşağa görə, ailələrə 5000 manat veriləcək. Biz deyirik ki, regionların inkişafı üçün yaradılacaq istehsal və emal müəssisələri 2 il vergidən azad olunacaq. Bu gün regionlarda tikilən idman kompleksləri və diaqnostika mərkəzləri üçün dövlət büdcəsindən 1 manat belə sərf olunmayacaq. Biz bu işləri müsabiqə yolu ilə həll edəcəyik. Bu, bizim platformamızın bir hissəsidir və əgər seçicilər bizim dediyimiz prizmadan buna yanaşsalar, inanıram ki, bizə səs verəcəklər.

- Namizədliyinizi kiminsə xeyrinə geri götürmək fikriniz yoxdur ki?

- Xeyr, sona qədər mübarizə aparacağam. /APA/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 131 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycandakı seçkiqabağı vəziyyəti öyrənir
'AvropaAvropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter SemnebiAzərbaycandakı seçkiqabağı vəziyyəti öyrənir.
Bazar ertəsi Aİ xüsusi nümayəndəsinin Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri başlayıb.
Semnebinin seçkiqabağı vəziyyətlə tanış olması üçün Azərbaycan XİN və MSK-da görüşləri planlaşdırılıb. /Trend/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 124 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda seçkilərdə iştirak etməyən müxalifət partiyası seçkini müşahidə edəcək
'Az601;rbaycandaAzərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) prezident seçkilərində namizədi ilə iştirak etməsə də, səsvermə prosesini müşahidə edəcək. Bu məlumatı Trend News-a bazar ertəsi AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib.

«Seçkiləri müşahidə etmək üçün bir müddət əvvəl rayon təşkilatlarına müvafiq dairələrdə qeydiyyatdan keçmək üçün tapşırıq verilib. Son məlumatlara görə, artıq partiya ölkə üzrə seçki dairələrinin 90 faizindən çoxunda müşahidə imkanı qazanıb», - Orucov bildirib.

AMİP funksionerinin sözlərinə görə, seçkilərdə müşahidəçi qismində iştirak etməklə həm seçki prosesini yaxından izləmək, həm də yol veriləcək qanunsuzluqlar barədə daha ətraflı məlumat toplamaq imkanı qazanacaqlar. /Trend/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 119 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Ümumrusiya Azərbaycanlıları Konqresi hakim partiyanın namizədini dəstəklədi
'220;mumrusiyaÜmumrusiya Azərbaycanlıları Konqresi Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Moskvada aksiya keçirib.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend News-a verilən məlumata görə, konqresin prezidenti Məmməd Əliyev aksiyada seçkilərdə Azərbaycan diasporunun fəal iştirakı üçün gördüyü işlərdən danışıb.

«Konqresin regional təşkilatlarının liderləri prezident seçkilərində fəal iştirak etməyə hazır olduqlarını bildiriblər», - Əliyev deyib.

Tədbirdə seçkilərdə iştiraka dair müraciət qəbul olunub. Müraciətdə prezident İlham Əliyevin 5 il ərzində Azərbaycan dövlətinin hərtərəfli inkişafı və beynəlxalq aləmdə nüfuzunun artırılması, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmlənməsinə verdiyi töhfələr, Rusiyada yaşayan soydaşlarımızın hüquqlarının qorunması, onların problemlərinin həlli, Rusiyadakı Azərbaycan diasporunun təşkilatlanması, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyması məqsədilə gördüyü işlərdən bəhs olunur.

Sənəddə qeyd edilir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin Rəyasət Heyəti Rusiyadakı 2 milyonluq Azərbaycan diasporunun İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bildirir və bu ölkənin ərazisində yaşayan, işləyən, təhsil alan bütün Azərbaycan vətəndaşlarını seçkilərdə fəal iştirak etməyə çağırır. /Trend/
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 156 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AVCİYA Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treninqlərə başlayıb
'AVC304;YA«Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası» (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi Respublikanın 12 regional mərkəzində müşahidəçilərə treninqləri başa vurduqdan sonra Bakı rayonları, Abşeron və Sumqayıt müşahidəçiləri üçün treniqlərə başlayıb. 4-12 oktyabr 2008 – ci il tarixlərini əhatə edən treninqlər zamanı müşahidəçilərə AVCİYA Seçki Qərəgahının hazırladığı “2008 – ci il Prezident seçkilərinin Monitorinqi. Yaddaş kitabçası”, seçki günü lazım olan materiallarla təmin olunmuş qovluqlar təqdim olunur.
Seçki Qərargahı Prezident seçkiləri ərəfəsi iş planına uyğun olaraq öz fəaliyyətini daha da genişləndirir.
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 169 dəfə   |   Kateqoriya: Tədbirlər » Pres-relizlər
AVCİYA Seçki Qərargahının rəhbəri Prezidentliyə namizəd İ. Ağazadə ilə görüşdü
'AVC304;YABu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Prezidentliyə namizəd İqbal Ağazadə ilə görüşüb.

İqbal Ağazadə AVCİYA ilə əmədaşlıq edən ELS təşkilatının keçirdiyi rəy sorğusu barədə fikirini bildirmiş, seçki kampaniyasının gedişi, keçirdiyi görüşlər, seçki təbliğatı barədə məlumat vermiş və təbliğat materialları ilə AVCİYA rəsmisini tanış etmişdir.

M. Zülfüqarlı Assosiasiyanın Prezident seçkiləri ilə əlaqədar gördüyü işlər və gələcək fəaliyyəti barədə qısa məlumat verib.

Görüşün sonunda M. Zülfüqarlı Prezidentliyə namizədi AVCİYA – nın 9 oktyabr 2008 – ci il tarixdə kecirəcəyi Dəyirmi Masaya dəvət etmişdir.
 Ətraflı
Tarix: 6 Oktyabr 2008   |  Oxunub: 198 dəfə   |   Kateqoriya: Tədbirlər » Pres-relizlər
Azərbaycanın müxalifət partiyası yeni blokun yaradılmasını mümkünsüz sayır
'Az601;rbaycan305;nAzərbaycanın müxalif Müsavat Partiyası Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməsini mümkün saymır.
«Müxalifətdə olan siyasi partiyaların əməkdaşlığını və imkan daxilində müttəfiqliyini dəstəkləyirik, ancaq yaxın zamanlarda bizim Azərbaycan Demokrat Partiyası ilə hansısa blokda birləşməyimiz real görünmür», - cümə günü TrendNews - a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Hacılı ADP - nin prezident seçkilərinə münasibətinin Müsavatdan tamamilə fərqli olduğunu qeyd edib.

«Bütövlükdə Azərbaycan hakimiyyətinin siyasəti ilə əlaqədar ADP - nin mövqeyi Müsavat Partiyasının mövqeyindən əsaslı surətdə fərqlənir. Bu fərq o qədərdir ki, iki partiyanın müttəfiqliyi mümkün deyil», - Hacılı bildirib

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri, yalnız iki partiyanın siyasətində daha yaxın çalarlar aşkara çıxdığı təqdirldə əməkdaşlığı, hətta ciddi blok yaradılmasını mümkün hesab edir. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 127 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın xarici ölkə səfirliklərində seçki məntəqələri yaradılıb
'Az601;rbaycan305;nAzərbaycanın xarici ölkə səfirliklərində ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki məntəqələri yaradılıb.
«Azərbaycanın xarici ölkə səfirliklərinin 33- də seçki məntəqələri yaradılıb və həmin məntəqələrin lazımi avadanlıqlarla təmin olunması başa çatdırılıb», - deyə cümə günü Trend News - a Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

Qasımovun sözlərinə görə, ABŞ, Rusiya, İran, Türkiyə, Avropanın bəzi ölkələrindəki səfirliklərdə yaradılmış seçki məntəqələrində 10 mindən çox azərbaycanlı seçicisinin səs verməsi gözlənilir. «Xaricdə yaşayan azərbaycanlılar üçün ayrılmış seçki bülletenləri və protokollar MSK tərəfindən Xarici İşlər Nazirliyinə təqdim olunub və yaxın günlərdə Nazirlik tərəfindən sənədlər səfirliklərə çatdıralacaq»,- deyə o bildirib.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, hər hansı bir xarici ölkədə yaşayan Azərbaycan vətəndaşlarının sayı 50 - dən azdırsa, həmin ölkədə seçki məntəqəsi təşkil olunmur. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 125 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanda prezidentliyə namizəd partiyasının qərərgahına hücum olduğunu iddia edir
Azərbaycanda prezidentliyə namizəd partiyasının qərərgahına hücum olduğunu iddia edirAzərbaycan müxalifətini təmsil edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev bildirib ki, cümə günü bir qrup şəxs onunun rəhbərlik etdiyi siyasi təşkilatın mərkəzi qərərgahına hücum edib. «Mən İctimai Televiziyada çıxış edən zaman bir necə məmurun rüşvət almaqla məşğul olduqlarını vətəndaşlara çatdırıram. Bizim qərargaha hücum edən şəxsləri adını çəkdiyim məmurlar göndəriblər» - cümə günü Trend News-a Hacıyev bildirib. Onun sözlərinə görə, bir qrup şəxs partiyanın qərargahının yerləşdiyi əraziyə gəlib və icəri daxil olmağa cəhd göstəriblər. Lakin qərargahın qapıçısı onların içəri daxil olmasına imkan verməyib: «Onlar «Hafiz Hacıyevə ölüm!» şüarı səsləndiriblər və məqsədləri məni öldürməkdir. Bu barədə bəzi xarici ölkələrin səfirlərinə də məlumat vermişəm. Lakin mən mövqeyimdən geri çəkilən deyiləm». Prezidentliyə namizəd qeyd edib ki, hadisə ilə bağlı hüquq - mühafizə orqanlarına müraciət etməyi planlaşdırmır. O, bunu hüquq - mühafizə orqanlarına inanmaması ilə izah edib: «Öz adamlarımın hesabına təhlükəsizliyimi gücləndirmişəm». Müasir Müsavat Partiyası özünü iqtidara qarşı konstruktiv müxalifət hesab edir. /Trend/
 Ətraflı
Tarix: 4 Oktyabr 2008   |  Oxunub: 134 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Geri dön << 1 2 3 ... 59 60 61 ... 82 83 84 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net