Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

ATƏT-in müşahidə missiyası AVCİYA-nın Saatlıdakı ofisinin fəaliyyəti ilə tanış olub
'AT399;T-inATƏT-in Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının üzvləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Saatlı rayonundakı ofisində olublar. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in müşahidə missiyasının üzvləri AVCİYA-nın Saatlıdakı ofisində qurumun regional nümayəndəliyinin seçkilərlə bağlı fəaliyyəti ilə maraqlanıblar. Görüşdə ATƏT-in müşahidəçilərinin diqqətinə çatdırılıb ki, AVCİYA “ELS” təşkilatı ilə birlikdə 800 məntəqədə “exit-poll”, “quick-count” (səslərin paralel sayılması) tədqiqatları aparacaq. Qonaqlar AVCİYA–nın seçkilərlə bağlı nəşrləri ilə də tanış olublar. AVCİYA-dan verilən digər məlumatda isə bildirib ki, qurum Bakı, Abşeron və Sumqayıtda seçki günü müşahidə fəaliyyəti ilə məşğul olanlar üçün treninqlərə başlayıb. AVCİYA-nın Seçki Qərargahı prezident seçkiləri ərəfəsi ölkənin 12 regional mərkəzində müşahidəçilərə treninqlər keçib. Treninqlərdə müşahidəçilərə seçki zamanı fəaliyyətlərini istiqamətləndirmək bacarığı aşılanıb. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 98 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AVCİYA prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir
'AVC304;YAAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafina Yardim Assosiasiyası (AVCİYA) prezident seçkisinin müşahidəçiləri üçün treninqlər keçirir.

Oktyabrın 12-dək davam edəcək treninqlər Bakı şəhərinin rayonlarını, Abşeron və Sumqayıt şəhərini əhatə edir. Treninqlər zamanı müşahidəçilərə AVCİYA seçki qəragahının hazırladığı «2008-ci il prezident seçkilərinin monitorinqi» yaddaş kitabçası və lazımi materiallar olan qovluqlar təqdim olunur.

AVCİYA respublikanın 12 regional mərkəzində müşahidəçilər üçün treninqləri başa çatdırıb. Təşkilat Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən prezident seçkisində «exit-poll» keçirmək üçün qeydə alınıb. AVCİYA ölkə üzrə bütün mətəqələrdə seçkiləri müşahidə edəcək və «ELS» təşkilatı ilə birlikdə 800 seçki məntəqəsində «exit-poll» keçirəcək. /Trend/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 108 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Gəncə şəhərində seçki bildirişlərinin paylanılmasına başlanılıb
'G601;nc601;Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 kilometr aralı) Gəncə şəhərində bu gündən seçki bildirişləri paylanılmağa başlanılıb. Bu barədə çərşənbə axşamı Trend News-a Gəncədə fəaliyyət göstərən Dairə Seçki Komissiyalarından (DSK) məlumat veriblər.

Məlmumata görə, hazırda seçicilərin təxminən 20 faizi bildirişlərlə təmin olunub. Üç gün müddətinə isə bildirişlərin paylanılması prosesinin sona çatdırılması nəzərdə tutulur. Dairələrdən verilən məlumata görə, Gəncədə seçici siyahılarında 140 995 nəfər yer alıb. Oktyabrın 7-nə olan məlumata görə, seçicilərdən 1050 nəfərinə qeydiyyatdan çıxma vəsiqəsi verilib.

Bundan başqa, Gəncədə 1067 nəfər müşahidəsi qeydiyyata alınıb ki, onlardan da 546 nəfəri siyasi partiyaların tərkibində, 137 nəfəri öz təşəbbüsü ilə müşahidə aparacaq, 384-ü isə qeyri-hökumət təşkilatlarının nümayəndələridir.

Gəncədə dörd (37, 38, 39, 40 saylı) Dairə Seçki Komissiyası, 104 seçki məntəqəsi var. /Trend/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 132 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycanın Mərkəzi Seçki Komissiyası 924 beynəlxalq müşahidəçini qeydə alıb
'Az601;rbaycan305;nAzərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisinin müşahidəsini aparmaq üçün 924 beynəlxalq müşahidəçini qeydə alıb.

MSK-nın Beynəlxalq əlaqəlar şöbəsinin rəhbəri Rövzət Qasımovun çərşənbə axşamı Trend News-a bildirdiyinə görə, qeydə alınmış müşahidəçilər 18 beynəlxalq təşkilatı, 48 xarici ölkəni təmsil edir. «Ən böyük missiya Avropa Şurası, ATƏT, MDB-dən qeydə alınıb», - deyə o qeyd edib.

Qasımovun sözlərinə görə, prezident seçkisinin müşahidəsi ilə bağlı MSK-ya sənədlərin təqdim olunması başa çatıb. «Təqdim olunmuş sənədlərlə bağlı araşdırmalar aparılır və beynəlxalq müşahidəçilərin sayının artacağı gözlənilir», - deyə o əlavə edib.

Mərkəzi Seçki Komissiyasında müşahidəçilərin qeydiyyatı səsvermə gününə 10 gün, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatır. /Trend/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 115 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Daxili İşlər Nazirliyi prezident seçkisi günü polisin fəaliyyəti ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb
'DaxiliAzərbaycan Daxili İşlər Nazirliyi (DİN) prezident seçkiləri günü polisin fəaliyyəti ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

“Tədbirlər planı təsdiqlənərək icra olunmaq üçün şəhər və rayon polis idarələrinə göndərilib”, - çərşənbə axşamı Trend News-a DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bildirib.

Gözəlovun sözlərinə görə, tədbirlər planında seçki günü polisin üzərinə düşən vəzifələr, polisin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hərəkət etmək, ictimai asayişin qorunması və s. vəzifələri müəyyən edilib.

DİN-in Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev isə çərşənbə axşamı Trend News-a bildirib ki, mühafizə xidməti adi günlərdə də gücləndirilmiş rejimdə işləyir. Onun sözlərinə görə, seçki günü mühafizənin gücləndirilməsi ilə bağlı Mühafizə İdarəsinə xüsusi tapşırıq verilməyib.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlqələr şöbəsinin rəhbəri Qalib Arif səsvermə günü paytaxt polisinin qanun çərçivəsində fəaliyyətini davam etdirəcəyini deyib. /Trend/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 105 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Prezidentliyə namizəd İlham Əliyevin vəkilləri Balakəndə seçicilərlə görüşlər keçirir
'Prezidentliy601;Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkilləri bu gün Balakəndə rayon ictimaiəti ilə görüş keçirib. Bu barədə APA-nın yerli bürosuna Balakən rayon icra hakimiyyətindən məlumat verilib. Görüşdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin vəkillərindən Rəbiyyət Aslanova, Bünyamin Xəlilov, Hikmət Atayev və Yaqub Mahmudov iştirak ediblər. Görüşdə çıxış edən natiqlər İ.Əliyevin prezidentlik dövründə ölkənin şimal-qərb bölgəsində apardığı quruculuq və abadlıq işlərindən danışıblar. Görüş axşam saatlarında konsert proqramı ilə davam edəcək. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 104 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Azərbaycan prezidentinin cənub bölgəsinə səfəri başlayıb
'Az601;rbaycanAzərbaycan prezidenti İlham Əliyevin cənub bölgəsinə səfəri başlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı ilk olaraq Biləsuvar rayonuna səfər edib. Prezident xanımı Mehriban Əliyeva ilə birgə xüsusi istedadlı uşaqlar üçün tikilmiş peşə liseyinin açılışına qatılıb.

Sonra dövlət başçısı “Biləsuvaraqro” MMC tərəfindən tikilən, smeta dəyəri 7 milyon avro olan Süd Zavodunun açılışında iştirak edib. Xanımı ilə birgə Heydər Əliyevin abidəsini ziyarət edən prezident Heydər Əliyev Muzeyi ilə tanış olub, bunun ardınca isə Biləsuvarda inşa edilmiş Olimpiya İdman Kompleksinin açılışına qatılıb.

Bununla da, ölkə başçısının Biləsuvara səfəri başa çatıb.

Azərbaycan prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Masalı rayonunda da olub. APA-nın cənub bürosunun məlumatına görə, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə birlikdə rayon mərkəzindəki Heydər Əliyev parkında Heydər Əliyevin abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyinin açılışına qatılıb.

Daha sonra dövlət başçısı akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışında iştirak edib. Əsaslı bərpa edilən “Dəfinə” liseyinin açılışına da qatılan prezidentin Masallıya səfəri bununla da başa çatıb. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 123 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müxalifətin Əməkdaşlıq Mərkəzi prezident seçkilərinə qədər kütləvi aksiya keçirməyəcək
Müxalifətin Əməkdaşlıq Mərkəzi prezident seçkilərinə qədər kütləvi aksiya keçirməyəcəkMüxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) təmsil olunan partiyalar prezident seçkilərinə kimi kütləvi aksiya keçirməyəcək. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Kütləvi aksiya üçün bundan əvvəl əməkdaşlıq mərkəzinin 9 meydan təklif etdiyini xatırladan A. Hacılı bunların heç birinə razılıq verilmədiyini qeyd edib: “Hakimiyyətin müəyyənləşdirdiyi yerdə də aksiyaların keçirilməsi məqsədəuyğun sayılmadı. Ona görə də seçkilərə kimi hər hansı mitinqin keçirilməsi gözlənilmir”.

A. Hacılı MƏM-in forum keçirməsi üçün hakimiyyət tərəfindən yer ayrılmadığını da xatırladıb. Onun sözlərinə görə, seçkilərlə bağlı olan bu forumun şənbə günü Müsavat Partiyasının qərargahında keçirilməsi qərara alınıb. A. Hacılı MƏM-in sentyabrın 28-nə təyin etdiyi mitinqə icazə vermədiyi üçün Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciətin hazırlandığını da qeyd edib. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 122 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Müxalifətin Əməkdaşlıq Mərkəzinə daxil olan partiyalar prezident seçkilərini müşahidə edəcək
'M252;xalif601;tinMüxalifətin Əməkdaşlıq Mərkəzində (MƏM) birləşən partiyalar oktyabrın 15-də keçiriləcək prezident seçkilərində müşahidə aparacaq. Bu barədə APA-ya MƏM-də təmsil olunan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, qurumda təmsil olunan partiyaların təmsilçiləri artıq müvafiq seçki komissiyalarına müraciət ediblər. O, min nəfərin müşahidəçi vəsiqəsi aldığını da vurğulayıb.

Qeyd edək ki, MƏM-də Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları, “Azərbaycan Naminə” İctimai Forum təmsil olunur. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 90 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
İlham Əliyevin vəkilləri paytaxtda və müxtəlif bölgələrdə seçicilərlə görüşlər keçiriblər
'304;lhamYeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin “İlhamla irəli” çağırışı altında seçki kampaniyası çərçivəsində bu gün bir sıra rayonlarda təbliğat mitinq-görüşləri keçirilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Namizədin vəkilləri Qəbələ, Şəki, Zaqatala, Astara, Şəmkir, Dəvəçi, Xaçmaz, Hacıqabul, Ağcabədi, Mingəçevir, Tərtər, Ağsu, Balakən, Qazax, Siyəzən rayonlarının şəhər mərkəzlərində və bir sıra yaşayış məntəqələrində, Bakının Nərimanov, Yasamal, Suraxanı, Sabunçu, Binəqədi, Xətai, Nəsimi, Nizami rayonlarında seçicilərlə görüş keçiriblər. Görüşlərdə İlham Əliyevin vəkillərindən MM-in deputatları, YAP İdarə Heyətinin üzvləri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, BDU-nun professoru Musa Qasımov, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Kamal Abdullayev, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Yurddaş” partiyasının sədri Mais Səfərli, Milli Vəhdət Partiyasının sədri Yunis Əliyev və digərləri iştirak edib. Mitinq-görüşlərdə namizədin həyat və fəaliyyəti, seçki platforması ilə bağlı seçicilərə məlumat verilib. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 117 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Ombudsman ATƏT-in seçkiləri müşahidə missiyasının nümayəndəsini qəbul edib
'OmbudsmanAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT-in seçkiləri müşahidə missiyasının hüquq üzrə təhlilçisi Fransin Berini qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova seçki hüququnun digər insan hüquqları sırasında mühüm yer tutduğunu, seçkilərin xalqın iradəsinin ən yüksək ifadəsi olduğunu söyləyib. Ombudsman ölkənin ayrı-ayrı bölgələrində əhalinin müxtəlif təbəqələri üçün keçirilən tədbirlər zamanı onlara seçki hüququnun izah edildiyini, bu mövzuda geniş iş aparıldığını vurğulayıb. Ombudsman əhali ilə görüşlər zamanı vətəndaşların seçkilərdə fəal iştiraka dəvət edildiyini qonağın nəzərinə çatdırıb. E. Süleymanova seçki günü təsisatın əməkdaşları ilə birlikdə ayrı-ayrı səsvermə məntəqələrində olacağını, seçki prosesini izləyəcəyini deyib. Görüşdə müvəkkil və onun Aparatının 25 əməkdaşının müşahidəçi qismində regionlarda seçkilərə qatılacağı barədə qonağa məlumat verilib. F. Beri seçkilərin obyektiv və şəffaf keçirilməsinin zəruriliyini qeyd edib. /APA/
 Ətraflı
Tarix: 8 Oktyabr 2008   |  Oxunub: 117 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb
'AVC304;YAAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı KİV-də apardığı monitorinqin bir aylıq nəticələrini açıqlayıb. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinq səsvermə gününədək davam edəcək. Monitorinq 7 telekanal, 8 gündəlik qəzetin fəaliyyətini əhatə edir.

Ötən müddət ərzində telekanallarda seçkiyə aid ümumilikdə 327 informasiya yayımlanıb ki, onlardan 295-i rəsmi və ümumi, beynəlxalq missiyalar, seçki prosesinin monitorinqinə dair xəbərlər, 17-i tok-şou, dəyirmi masa, 105-i isə namizədlər haqqında məlumatlar və siyasi reklamdır. Bu müddətdə ATV və Lider telekanalları istisna olunmaqla özəl telekanallarda namizədlərin ödənişli efir vaxtı qeydə alınmayıb. AzTV, “Space” və “Lider” telekanallarının seçki prosesi ilə bağlı ümumi məlumatlarının 67%-i fəaliyyətdə olan prezident və hökumət üzvləri, 26%-i MSK-ın məlumatları və beynəlxalq müşahidəçilər, yerdə qalan 7%-i isə digər namizədlər barəsindədir. Ümumilikdə isə seçki ilə bağlı məlumatlar daha çox İctimai Televiziyada yayımlanıb.

Monitorinqə cəlb edilmiş 8 qəzet ötən müddət ərzində ümumilikdə 862 material dərc edib ki, onlardan 502-i ümumi məlumatlar və beynəlxalq missiyaların seçki ilə bağlı rəy və çıxışları, 360-ı isə namizədlər və seçkiləri boykot edən müxalifət partiyaları haqqındadır. /APA/
 Ətraflı
Tarix: 7 Oktyabr 2008   |  Oxunub: 128 dəfə   |   Kateqoriya: KİV-in monitorinqi
Geri dön << 1 2 3 ... 57 58 59 ... 82 83 84 >> İrəli
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net