Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Tənqidə dözümsüz amerikalı “demokrat”
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Milli Demokratiya İnstitutu (MDİ) demokratiyanın inkişafına, vətəndaş cəmiyyəti quruculuğuna yaxından dəstək verib. Lakin təəssüf ki, ABŞ Milli Demokratiya İnstitutu bu işi getdikcə daha da inkişaf etdirmək əvəzinə, zaman-zaman zəiflədib, ölkəmizə göndərilən kadrların hazırlıq səviyyəsi əvvəkilərdən fərqlənməyə başlayıb. Bu, ABŞ Milli Demokratiya İnstitutu Bakı ofisinin bu yaxınlarda bələdiyyə seçkiləri ilə bağlı keçirdiyi tədbirdə aydın görünürdü.
Seçkilərlə məşğul olan QHT rəhbərlərinin dəvət olunduğu “Koordinasiya və əməkdaşlıq” mövzusunda 3 saat davam edən tədbir MDİ-nin Bakı ofisinin hansı prinsiplərlə işlədiyini bir daha üzə çıxardı. Dəvətnamədə tədbirin məqsədinin seçki və demokratiya yönümlü təşkilatlarla müzakirə keçirib, seçki sahəsindəki problemləri müəyyənləşdirmək olması qeyd edilmişdi. Lakin tədbir başlayarkən biz tamamilə başqa bir mənzərənin şahidi olduq. Tədbirin gedişində aydın oldu ki, əsas məqsəd ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətini inhisara almış, bir siyasi təşkilatın təmsilçilərindən ibarət bir neçə QHT-nin koalisiyasını yaradıb, onlara maliyyə dəstəyi verməkdir. Digər QHT-lərin, o cümlədən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) tədbirə dəvət olunması isə gözdən pərdə asmaq üçün qabaqcadan düşünülüb.
ABŞ Milli Demokratiya İnstitutnun Beynəlxalq əlaqələr üzrə direktoru Aryen de Volffun tədbiri açarkən bilərəkdən elə başlanğıcda texniki səhvlər buraxması sonradan ciddi gərginliyə və narahatçılığa səbəb oldu. Tədbirin KİV-in iştirakı olmadan böyük bir binanın zirzəmisində keçirilməsi də xeyli müəmmalı görünürdü.
Tədbirə 18-dən artıq QHT nümayəndəsi dəvət olunduğundan onun yüksək səviyyədə keçiriməsi üçün bütün işlərin qabaqcadan planlaşdırılmasına ehtiyac olduğu halda, təəssüf ki, bu işlər görülməmişdi. Çıxışlar üçün reqlamentin müəyyən olunmaması isə sonrada bir sıra narazılıqların və mübahisələrin yaranmasına səbəb oldu. Tədbir başlanandan sonra aparıcı növbə ilə bütün iştirakçiların seçkilə bağlı təmsil etdikləri QHT-nin gördüyü işlər barədə məlumat verməsinin zəruri olduğunu bildirdi. Sol tərəfdə əyləşən 9 nəfər danışdıqdan sonra fasilə elan olundu. Bir məsələni də qeyd etmək lazımdır ki, həmin 9 nəfərin içərisində bəzi QHT-lər seçki ilə məşğul olmadığından yalnız ümumi sözlər deməklə kifayətləndilər. Onların bəzilərinin bu il yaranması və heç bir təcrübəyə malik olmamalarına baxmayaraq tədbirə dəvət olunmaları da müəmmalı idi.
Fasilədən sonra vaxtı düzgün idarə edə bilməyən aparıcının digər 9 nəfərin çıxışına ehtiyac olmadığını bildirməsi həmin şəxslərə hörmətsizlikdən başqa bir şey deyildi. Buna etiraz edildikdə Aryen de Volff kobud şəkildə “kiminsə nəsə qeyri-adi fikri varsa, çox qısa danışsın” deməklə vəziyyəti daha da gərginləşdirdi. Sanki o, bununla bildirmək istəyirdi ki, mənə lazım olanlar çıxışlar edilib, digərlərinin fikirləri mənim üçün maraqsızdır.
Bundan sonra Aryen de Volff söz istəyənlərə nəzər yetirərək yenə də onlardan yalnız öz inhisarında olan QHT nümayəndələrinə söz verməkdə davam etdi. Dəvət olunanlara qarşı açıq aydın nümayiş etdirilən bu ayrıseçkilik həmin şəxsin demokratik idarəçilikdən və dəyərlərdən uzaq olmasını sübut edirdi.
Çox çətinlikdən sonra bizə də könülsüz söz verməyə məcbur olan aparıcının tənqidə dözümsüzlüyü də üzə çıxdı. Çıxışımızda ABŞ Milli Demokratiya İnstitutnun Bakı ofisi ilə 1997-ci ildən əməkdaşlıq etdiyimizi, 2000-ci ildə institutun layihəsi əsasında Polşanın seçki təçrübəsini öyrəndiyimizi, əvvəlki illərdə ofisin rəhbərləri olmuş Adam Sabat, Tomm Barri, Piter Van-Praq və başqaları ilə çoxlu sayda tədbirlər keçirdiyimizi və o zaman xoş münasibətlərdə olduğumuzu aparıcının nəzərinə çatdırdıq. Son illər ABŞ Milli Demokratiya İnstitutnun Bakı ofisinin işinin zəif olması, yeni rəhbərliyin əməkdaşlıqla bağlı əvvəlki işləri davam ertdirməməsi, digər beynəlxalq institutlardan fərqli olaraq 2008-ci il prezident seçkiləri ərəfəsi əməkdaşla bağlı təkliflərə etinasız yanaşmasını etik normalar çərçivəsində tənqid etdik. Bundan sonra AVCİYA-nın bələdiyyə seçkiləri ilə əlaqədar fəaliyyətinin qısa şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Sonda isə əməkdaşlığın genişləndirilməsi üçün öz tövsiyələrimizi verdik. Aryen de Volff bu tənqidlərə demokrat kimi deyil, kəskin reaksiya verməsi hamının təəccübünə səbəb oldu. O, konkret tənqid olunan məsələyə münasibət bildirmək əvəzinə, döyüşkən vəziyyəti alaraq “Bizə demokratiya dərsi keçməyin, əgər tənqidi fikirləri davam etdirmək istəyirsinizsə, buna imkan verilməyəcək, əks halda zalı tərk etməli olacaqsız”. Onun cavabında “Siz tənqidə dözümlü olmalısınız, sizdə toleratlıq olmalıdır, buradakı gənclərə nümunə göstərməliziniz. Axı siz özünüzü demokrat hesab edirsiniz” dedikdə, hərəkətləri ilə onda bu keyfiyyətlərin heç birinin olmadığını büruzə verdi.
Çox təssüf ki, həmin tədbirdə iştirak edən, insan haqlarından gen-bol danışan, çoxlu sayda layihələr həyata keçirən QHT rəhbərlərinin heç biri amerikalının bu hərəkətinə heç bir reaksiya vermədi. Çünki həmin anda onları insan haqları, demokratiya, Azərbaycan vətəndaşı deyil, ABŞ Milli Demokratiya İnstitutnun yaradacağı koalisiyaya daxil olmaq və oradan hansısa payı ələ keçirmək düşündürürdü. Onlardan bəzilərinin sonradan mənə yaxınlaşaraq tərcüməçinin fikrləri təhrif etdiyini, gələn dəfə belə vəziyyət yaranarsa, zalı tərk edəcəklərini bildirməsi isə gəlişi gözəl sözlərdən başqa bir şey deyildi.
Uzun illər beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, ABŞ Respublikaçılar İnstitutunun Seçki Kampaniyası Akademiyasının məzunu kimi bu tədbirdə bir daha əmin oldum ki, ABŞ Milli Demokratiya İnstitutnun Azərbaycanda hazırkı fəaliyyəti demokratiyanın inkişafına dəstək vermək deyil, qeyri-şəfaf, inhisarçı fəaliyyətlə ofis rəhbərliyinin şəxsi mənafeyinin təmininə yönəlib. Məhz ona görə də hətta azacıq tənqidə belə imkan verilmir, tənqidi fikir zorakılıqla qarşılanır.
Cənab Aryen de Volff hər şeydən əvvəl bilməlidir ki, Azərbaycanın XIX əsrin ikinci yarsından başlayaraq bu günə qədər gəlib çatan demokratik ənənələri, mübarizələrlə dolu 3 min ildən artıq dövlətçilik tarixi var. Əgər o, Azərbaycana gələrkən heç olmasa ölkəmizin tarixi, milli adət-ənənəsi, onun ziyalı potensialı haqqında məlumat əldə etsəydi, bilərdi ki, Azərbaycan vətəndaşlarında olan dözümlülük, tolerantlıq, milli qurur hissi çox güclüdür. Cənab Aryen de Volff ətrafına onu tənqid etməyi ağıllarına belə gətirməyən, dolayı yolla verdiyi qrantlardan bəhrələnən insanlar topladığından əsl Azərbaycan vətəndaşı haqqında təsəvvürü yox dərəcəsindədir.
Aryen de Volffun bizə müraciətlə bildiriyi “bizə demokratiya dərsi keçməyin” fikrinə gəldikdə isə bildiririk ki, biz artıq 30 ildən artıqdır gənc nəsilə demokratiya dərsi deməklə Azərbaycan dövlətinə xidmət edirik. Onun kimi özünü ictimai yerlərdə apara bilməyən, insanlarla davranışında etik normaları kobud surətdə pozan, vətəndaşlar arasında ayrıseçkilik salan bir şəxsə isə həm demokratiya, həmdə mərifət dərsi keçməyə həmişə hazırıq. Sonda onu da bildiririk ki, ABŞ Milli Demokratiya İnstitutu Mərkəzi ofisinin Aryen de Volff kimi şəxslərin fəaliyyətini nəzərdən keçirib qiymət verməsinin vaxtı çoxdan çatıb. Çünki onun kimi şəxslərin fəaliyyəti ABŞ–ın imicinə mənfi təsir göstərir və vətəndaşlarda pis təəssüratlar yaradır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bildirir ki, Aryen de Volff assosiasiyadan rəsmi üzr istəməyincə ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisi ilə heç bir əməkdaşlıq etməyəcək.


MƏHƏRRƏM ZÜLFÜQARLI AVCİYA Seçki Qərargahının rəhbəri mzulfugarli@gmail.com

www.525.az
Tarix: 4 Dekabr 2009   |  Oxunub: 141 dəfə   |   Kateqoriya: Xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net