|
Seçkiqabağı təşviqat aparmaq məqsədi namizədlər üçün elekron və yazılı KİV-lərdə ödənişsiz vaxt və yer ayrılacaq
Bu il dekabrın 23-də keçirilicək bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədi ilə bələdiyyələrin əksəriyyətində namizədləri qeydə alınmış siyasi partiya və partiya bloklarına İctimai televiziyada ödənişsiz efir və «Azərbaycan» , «Xalq qəzeti» , «Respublika» və «Bakinskiy raboçi» qəzetlərində dərc üçün yer ayrılacaq. Adları çəkilən qurumlar , o cümlədən digər teleradio və dövrü nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə bu barədə MSK-ya müvafiq bildirişlər göndərməlidir. www.itv.az
|