|
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Seçki Departamentinin rəhbəri Ədalət Yusubov bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Ə.Yusubovun APA-ya verdiyi məlumata görə, müraciətində MSK-dan bələdiyyə seçkiləri ilə bağlı Salyan rayonunda baş verən qanun pozuntularının aradan qaldırılmasını xahiş edib. Bu rayondan bələdiyyə üzvlüyünə namizəd olan Ə.Yusubov Salyan rayon İcra Hakimiyyətinin seçki prosesinə müdaxilə etdiyini, müxalifət namizədlərinə imza vermiş şəxslərə təzyiqlərin olduğunu bildirib.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə APA-ya bildirib ki, hələlik quruma belə bir müraciət daxil olmayıb: “Müraciət MSK-ya daxil olacağı halda, qurum tərəfindən araşdırılacaq və müvafiq cavab veriləcək”.
|