 Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov demişdir ki, Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilə bilər, amma bu, müxalifətin təklif etdiyi dəyişikliklər olmamalıdır. Seçki Məcəlləsində Avropa qanunvericiliyində olan müddəalar öz əksini tapmışdır. S.Novruzov bildirmişdir ki, seçkilərdə namizədliyin qeydə alınması, müşahidəçilik missiyası və digər məsələlərlə əlaqədar Seçki Məcəlləsində olan müddəalar tam mütərəqqidir. Siyasi partiyalar, QHT-lər, müstəqil şəxslər istənilən halda seçkiləri müşahidə edə bilərlər. "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun tətbiqinə gəlincə, YAP icra katibinin müavini vurğulamışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti bunun üçün müvafiq yerlər ayırmışdır. Hər hansı siyasi partiya həmin yerlərdə sərbəst toplaşmaq hüququndan istifadə edə bilər./AzərTAc/
|