 Vəli Əlibəyov: "Adları seçici siyahısında olmayan seçicilərin adlarının siyahıya salınması istiqamətində fəaliyyət göstərəcəyik" Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası qarşıdan gələn parlament seçkiləri ilə bağlı fəaliyyət proqramı təqdim edib. Təqdimatə mərasimində çıõış edən AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov proqram barəsində məlumat verdi. Bildirdi ki, sözügedən proqram ATƏT-in təlimatları əsasında hazırlanıb. Proqramı həyata keçirməkdə məqsəd vətəndaş cəmiyyətinə yardım etməkdir: "Vətəndaş cəmiyyəti azad və ədalətli seçkilər keçirilən ölkələrdə mövcud olur. Azərbaycanda seçkidən seçkiyə inkişaf göz qarşısındadır və builki seçkilərin də istisna olmayacağını düşünürük". Seçkilərin monitorinqi göstərir ki, Azərbaycanda seçkidən-seçkiyə inkişaf olur deyən V. Əlibəyov rəhbərlik etdiyi təşkilatın bir sıra seçkidə müşahidə apardığını vurğulayıb. V. Əlibəyov adları seçici siyahısında olmayan seçicilərin adlarının siyahıya salınması istiqamətində fəaliyyət göstərəcəklərini də söyləyib. O, seçkilərdə "eõit-poll" keçirilməsi ilə bağlı hələlik konkret qərarın olmadığını deyib: "Bu barədə müzakirələr davam edir, yəqin ki, yaõın vaõtlarda buna aydınlıq gətiriləcək".AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə deyib ki, qurum mart ayından seçkilərə hazırlığa başlayıb: "İyunun 1-dən başlayaraq assosiasiyanın yerlərdəki ofislərinin işini seçkilərə uyğunlaşdıracağıq. Yerlərdə seçki fəallığının inkişafı üçün regional seminarlar keçirəcəyik. Sonra müşahidəçilər üçün treninqlər keçirməyi nəzərdə tutmuşuq. Müşahidə seçkiərəfəsi, seçki günü və seçkidən sonra həyata keçiriləcək. Mərkəzi Seçki Komissiyasının fəaliyyətinin monitorinqini aparacağıq; qanun pozuntuları aralıq hesabatda əksini tapacaq və həmin hesabat noyabrın əvvəlində açıqlanacaq". Onun sözlərinə görə, "Keçən seçkilərdən MSK ilə müsbət əməkdaşlıq sayəsində, yerində hansısa problemin həllinə nail oluruq". M. Zülfüqarlı əlavə edib ki. Azərbaycanda seçki komissiyalarının mövcud təşkili, mayoritar sistem üzrə seçkilər ölkədə stabil hökumətin fəaliyyətinə səbəb olur. Bu baõımdan komissiyaların partiyaların inhisarından çıõarılmasını vacibdir.
|