 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı fəlaiyyət proqramına uyğun olaraq Azərbaycan Respublikasında keçiriləcək 07 noyabr 2010 – cu il Milli Məclisə seçkilərlə əlaqədar regionlarda fəaliyyətinin daha da gücləndirib. AVCİYA Seçki Qərargahı bu il reqionlarda işini üç mərhələdə aparmağı planlaşdırır. İlk növbədə assosiasiyanın reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası, növbəti mərhələdə reqionlarda seçici fəallığının artırılması üçün seminarların keçirilməsi nəzərdə tutulur. Üçüncü mərhələdə isə müşahidəçilər üçün treniqlər keçiriləcək. İlk tədbir AVCİYA – nın Xaçmaz şəhərində yerləşən regional ofisində keçirilib. Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, Seçki Qərargahının üzvü Osman Ağayev iştirak etmişlər. Növbəti tədbrlərin Şirvan, Ağsu, Lənkəran, Zaqatala, Oğuz, Gəncə, Goranboy reqional ofislərində keçirilməsi nəzərdə tutulub. Digər mərhələlərdə tədbirlər daha geniş miqyasda keçiriləcək və daha çox rayonu əhatə edəcək. Növbəti mərhələdə seçki müşahidəçiləri üçün Yaddaş kitabçalarının nəşr olunub yayılması da palanlaşdırılır./Avcia/
|