Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Deputatların sayını iki dəfə artırmaq mümkündür
Deputatların sayını iki dəfə artırmaq mümkündür Azərbaycan Respublikasında bu ilin noyabrında keçiriləcək parlament seçkilərinin əvvəlki seçkilərdən daha fəal keçəcəyi şübhəsizdir. Son illər əldə olunmuş iqtisadi uğurlar digər məsələlərlə yanaşı, parlamentə düşmək iddiasında olan vətəndaşların sayını da artırıb. Müxalifət liderlərinin iqtidar nümayəndələrindən fərqli olaraq depozitin bərpasını tələb etməsi başqa digər məqamlarla yanaşı, onların da iqtisadi durumunun heç də pis olmadığını sübut edir. Bunu ATƏT – in Bakı ofisinin bu yaxınlarda keçirdiyi tədbirdəki çıxışlardan görmək olar. Seçkidə iqtidar və müxalifət namizədləri ilə yanaşı çoxlu sayda müstəqil namizədlərin də iştirak edəcəyi şübhəsizdir. İddialıların sayının çoxluğu ilə Milli Məclisdəki yerlərin azlığı (cəmi 125 yer) arasındakı ciddi fərqlər də noyabrda mübarizənin kəskin olacağından xəbər verir. Məclisdəki yerlərin azlığı bir problem kimi mövqeyindən asılı olmayaraq bütün namizədləri düşündürməyə bilməz. Deputat yerlərinin azlığı ilə bağlı fikirləri əsaslandırmaq üçün əvvəlki illərə aid bəzi faktların nəzərdən keçirilməsinə ehtiyac var. Məsələn, əgər deputatların sayı 1975 – ci ildə 400, 1980 ci ildə 450, 1990 – cı ildə 350 idisə, 1995 – ci ildən başlayaraq təxminən 2 dəfədən çox azaldılıb. Bunun da nəticəsində bu rəqəm 1995 – ci ildə 124, 2000 – ci ildə 122, 2005 – ci ildə 124, 2006 – cı ildə isə 125 nəfərə enib. Milli Məclisdə yerlərin sayının artırılması üçün hazırda real imkanlar mövcuddur. Bunu aşağıdakı faktlar sübut edir. Mərkəzi Seçki Komissiyası (MSK) 26 may 2010-cu il tarixdə açıqladığı məlumata görə ölkədə daimi yaşayan seçicilərin sayı 4 milyon 829 min nəfərdir. Seçicilərin sayını, mövcud 125 dairə üzrə böləndə hər dairəyə təxminən 38 min seçici düşməlidir. Lakin Seçki Məcəlləsi 5 – 10 % fərqin olmasına imkan verdiyi üçün dairələr üzrə seçicilərin sayı 35 – 41 min həddində müəyyən olunmalıdır. Seçicilərin dairələr üzrə hazırkı bölgüsünə diqqət verdikdə bəzi uyğunsuzluqları görməmək mümkün deyil. Məsələn, 5 saylı Şahbuz-Babək seçki dairəsində seçicilərin sayı 25552, 76 saylı Lənkəran –Astara seçki dairəsində seçicilərin sayı 27119, 78 saylı Lerik seçki dairəsində seçicilərin sayı 29588 seçici olduğu halda, 42 saylı Sumqayıt ikinci seçki dairəsində 44133, 43 saylı Sumqayıt üçüncü seçki dairəsində 44898, 119 saylı Ağdam kənd seçki dairəsində 43312, 45 saylı Abşeron seçki dairəsində isə 51634 seçici var. Digər dairələrdə də bu cür uyğunsuzluqlar mövcuddur. Göründüyü kimi seçicilərin dairələr üzrə bölgüsü Seçki Məcəlləsinin tələblərinə uyğun deyil. Bu da elə vəziyyətə gətirib çıxarıb ki, seçicilərin sayı çox olan seçki dairələridən seçilən deputatlar, seçicilərin sayı az olan seçki dairələrdən seçilən deputatlarla müqayisədə təxminən 2 dəfə çox seçici ilə seçki kampaniyası aparmalı olurlar. Deməli həmin dairələrdən bir yox iki deputatın seçilməsi mümkündür. Bu ədələtsizliyi aradan qaldırmaq üçün Seçki Məcəlləsinə dəyişiklik etməklə Milli Məclisdə deputatların sayını azı 2 dəfə artırmaq olar. Fikrimizcə Milli Məclisdə deputat yerlərinin artırılması yerlərdə problemlərin həllinə müsbət təsir göstərməklə yanaşı, millət vəkillərinin daha səmərəli fəaliyyət göstərməsinə, seçicilər arasında onların nüfuzunun artmasına səbəb ola bilər./525-ci qazet/
Tarix: 11 Iyun 2010   |  Oxunub: 175 dəfə   |   Kateqoriya: Seçkilər haqqında
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net