Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

“ SEÇKİ MƏCƏLLƏSİ”NƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI TƏKLİFLƏR
“ SEÇKİ MƏCƏLLƏSİ”NƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI TƏKLİFLƏR
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)

“ SEÇKİ MƏCƏLLƏSİ”NƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI TƏKLİFLƏR

III Sənəd

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək Avropa Şurası Parlament Assambleyasının 2008 – ci il yay sessiyasında müzakirə olunmuş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın 11627 saylı qətnaməsində irəli sürülən 4 tövsiyyəyə uyğun olaraq may və iyun aylarında aşağıdakı 2 sənədi hazırlayaraq ictimaiyyətə təqdim edib:
I sənəd - 22 May 2009 – cu il tarixdə “Seçki komissiyalarının formalaşdırılması zamanı balansın qorunması”na aid tövsiyyəyə uyğun olaraq “ Seçki məcəlləsi”nin 24, 30 və 36 - cı maddələrinə dəyişiklər edilməsi ilə bağlı təkliflər;
II sənəd - 12 İyul 2009-cu il tarixdə isə “Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi” tövsiyyəsinə uyğun olaraq Seçki Məcəlləsinin 24 maddəsinə, konkret olaraq 112.1, 112.3, 112.4, 112.5.10, 112.7, 112.10, 112.11, 112-1.1, 112-1.4.3, 112-1.4.5, 112-1.5.3, 112-1.6.2, 112-1.6.7, 112-1.7, 112-1.8, 112-1.9, 112-1.10,112-1.13, 112-1.14.1, 112-1.14.2, 113.1, 114.1, 114.4, 115.1.6 maddələrinə dəyişiklər edilməsi ilə bağlı təkliflər.
Təqdim olunan III sənəddə Avropa Şurası Parlament Assambleyasının “Dövlət tərəfindən maliyyələşdirilən telekanallarda siyasi partiya və bloklar üçün pulsuz efir vaxtının ayrılması” tövsiyyəsinə uyğun olaraq Seçki Məcəlləsinin 74.5, 77.1,maddələrinə, bələdiyyələrə namizədlərin irəli sürülməsi ilə bağlı isə 53.1 maddəsinə dəyişiklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb.
“Seçki Məcəlləsi”nin “Seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması” adlanan 74 –cü maddənin 1 – ci bəndində qeyd olunur ki, “Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır”. Konstitusiyanın “Fikir və söz azadlığı” adlanan 47 – ci maddəsində deyilir:
I. Hər kəsin fikir və söz azadlığı vardır.
II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə hesab edir ki, “Seçki Məcəlləsi”nə konkret olaraq aşağıdakı dəyişiklərin edilməsi zəruridir: ( təklif olunan dəyişikliklər qara şiriflə verilir)
74.5. Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.
74.5. Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasından asılı olmayan müstəqil QHT üzvləri və jurnalistlərin təşəbbüsü ilə yaradılmış, müstəqil ekspertlərdən ibarət olan qrup və ya qruplar həyata keçirir.
77.1. İctimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilirsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstə-
rilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər.
Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.
77.1.İctimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilirsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə
təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların və siyasi partiyalar bloklarının, referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər.
Dövlətə məxsus olan teleradio şirkətində və müstəqil teleradio şirkətlərdə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların və ictimai birliklərin bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, üzvlərinin sayı 20
min və daha çox olan referendum üzrə təşviqat qruplarına
referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə
təşviqat aparmaqdan ötrü dövlət hakimiyyəti orqanlarının
ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar.
Bələdiyyələrə namizədlərin irəli sürülməsinə aid maddələrin də təkmilləşdirilməsinə ehtiyac var. Seçki Məcəlləsinin 214.1 maddəsidə qeyd olunur ki, “ Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Məcəllənin 53.1 maddəsində namizədlərin irəli sürülməsi ilə bağlı onların müvafiq ərazidə daimi yaşaması tələb olmur. Lakin “Bələdiyyələrə üzv seçilmək hüququ” adlanan 212 – ci maddədə göstərilir ki, “ Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.”
Bu maddələri təhlil etdikdə belə alınır ki, bələdiyəyə hər hansı vətəndaşın namizədliyi irəli sürülərkən onun müvafiq dairənin ərazisində daimi yaşaması tələb olunmadığı halda, seçilməsi üçün bu mütləq lazımdır. Burada haqlı olaraq belə sual meydana çıxar ki, əgər Seçki Məcəlləsinin 212-ci maddəsinin tələbinə uyğun olaraq müfaviq dairədə daimi yaşamayan vətəndaş həmi ərazidə olan bələdiyyəyə üzv seçilə bilməzsə, onda 214.1 maddəyə istinad edib bələdiyyə üzvlülüyünə namizədliyini qeydiyyatdan keçirməyinin nə əhəmiyyəti var?
Seçki Məcəlləsindəki bu çatışmazlığı aradan qaldımaq üçün 214.1 maddəyə aşağıdakı dəyişikliyin edilməsinə ehtiyac var:

214.1. Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq müvafiq ərazidə daimi yaşayan vətəndaşların sırasından irəli sürə bilərlər.

Tarix: 24 Oktyabr 2009   |  Oxunub: 125 dəfə   |   Kateqoriya: Seçkilər haqqında
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net