   II Sənəd
Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2009 – cu il bələdiyyə seçkiləri ərəfəsi “Seçki Məcəlləsi”nin eksperizasını keçirərək Avropa Şurası Parlament Assambleyasının 2008 – ci il yay sessiyasında müzakirə olunmuş “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın 11627 saylı qətnaməsində irəli sürülən “Şikayətlərin baxılma sisteminin təkmilləşdirilməsi” tövsiyyəsinə uyğun olaraq Seçki Məcəlləsinin 24 maddəsinə, konkret olaraq 112.1, 112.3, 112.4, 112.5.10, 112.7, 112.10, 112.11, 112-1.1, 112-1.4.3, 112-1.4.5, 112-1.5.3, 112-1.6.2, 112-1.6.7, 112-1.7, 112-1.8, 112-1.9, 112-1.10,112-1.13, 112-1.14.1, 112-1.14.2, 113.1, 114.1, 114.4, 115.1.6 maddələrinə aşağıdakı təklifləri irəli sürür:
On altıncı fəsil
VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT
Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkət¬sizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.
112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkət¬sizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq( “3 gün müddətində” – sözləri çıxarılır) şikayət edə bilərlər.
112.3 Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə şikayət edə bilərlər.
112.3 Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər Apellyasiya Məhkəməsinə, kasasiya qaydasında Ali Məhkəməyə şikayət edə bilərlər.
112.4 Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şika-yətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edə bilər. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.
112.4 Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şika-yətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət etmlidir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata dərhal baxmalıdır.
112.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.
112.5.10 . şağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir. Aşağı seçki komissiyası qərarın surətini şıkayətçiyə verməkdən imtina etdiyi təqdirdə şikayət ünvanlanan seçki komissiyası bunu təmin etməlidir.
112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrində göstərilən hallar istisna olmaqla).
112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar başa çatana qədər bu Məcəllə ilə seçilmiş sayılan namizədin səlahiyyətləri dayandırılır. Namizəd seçki prosesi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə ona aid olan faktlar barədə şahid ifadələri verməlidir.
112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
112.10 Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar təcili, səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
112.11 Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində baxmalıdırdar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
112.11 Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr dərhal baxmalıdırdar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət ( 3 gün müddətində - sözləri çıxarılıb) verilə bilər.
Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması
112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət, seçki komissiyalarından asılı olmayan şəxslərdən ibarət müstəqil ekspert qrupları yaradılır. Həmin qrupların işində seçki problemləri ilə məşğul olan QHT nümayəndələri, müstəqil hüquqşünaslar da iştirak edə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;
112-1.4.3. əlavə məlumat almaq üçün (Mərkəzi Seçki Komissiyası vasitəsilə - sözləri çıxarılıb) müvafiq dövlət orqanlarına müraciət etmək;
112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.
112-1.4.5. Səlahiyyətlərinə uyğun digər tədbirlər görmək.
112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:
112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;
112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, ekspert qrupu şikayəti təqdim edən şəxsi dəvət etməklə ərizənin Məcəlləyə uyğunlaşdırılmasını təmin etməlidir;
112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun olaraq şikayət edilə bilər;
112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) aidiyyatı dövlət orqanlarına şikayət edilə bilər. Müvafiq ekspert qrupu üzvünün fəaliyyətində səhlənkarlık, səlahiyyətdən sui – istifadə, sübyektivizm və s. hallar aşkara çıxarsa o qanuna müvafiq olaraq məsuliyyətə cəlb edilir.
112-1.6.7. 112.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.
112-1.6.7. MSK və DSK – da şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, seçki komissiyası və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsi (şəxsləri) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilir.
112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.
112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirib, bildirməməsindən asılı olmayaraq iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.
112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.
112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Şikayətçi və ya onun səlahiyyətli nümayəndəsinin iclasda iştirakı təmin edilir və ona öz şikayətini iclasda izah etmək üçün şərait yaradılır. Qərarı müzakirə olunan seçki komissiyasının nümayəndəsi də iclasa dəvət olunur və ona da verilən qərarı əsaslandırmaq üçün eyni şərait yaradılır.
112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.
112-1.9. Şikayətçinin sənədlər və (ekspert vasitəsilə - sözləri çıxarılır) yeni dəlillər təqdim etmək hüququ vardır.
112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.
112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərarı şikayət daxil olduqdan dərhal sonra qəbul etməlidir.
112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 24 saatdan gec olmayaraq dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur, internet səhifəsinə yerləşdirilir, şikayətçiyə çatdırılır və 24 saatdan gec olmayaraq dərc olunur
112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:
112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;
112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra ( 3 gün ərzində - sözü çıxarılıb) daxil olmalıdır;
112-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.
112-1.14.2. şikayətlər adiyyatı Azərbaycan Respublikası vətəndaşları tərəfindən verilməlidir.
Maddə 113. Qeydə alınmış namizədin, referen¬dum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi:
113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatının ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.
113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatının ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla xəbərdarlıq edilməklə qərar qəbul etmək hüququna malikdir.
Maddə 114. Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi:
114.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, si-yasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edil-məsinədək namizədin seçilməsinin və ya referendumun ye-kunlarının etibarsız sayılması haqqında Apellyasiya Məh-kəməsinə müraciət edə bilər.
114.1 Qeydə alınmış namizədin, siyasi partiyanın, si-yasi partiyalar blokunun, referendum üzrə təşviqat qru-punun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edil-məsinədək namizədin seçilməsinin və ya referendumun yekunlarının etibarsız sayılması haqqında Apellyasiya Məhkəməsinə müraciət etməlidir.
114.4. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.
114.4 Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə və bu cür pozuntular kütləvi xarakter daşıdıqda onların seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas olub, olmaması MSK tərəfindən müstəqil ekspertlərin iştirakı ilə ciddi araşdırmalı və sonra yekun qərar qəbul olunmalıdır.
Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət:
115.1.6 namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);
115.1.6 namizədlərin şərəf və ləyaqətini təhqir edən hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz).
|