 Parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı Filialının ofisində Azərbaycanda növbəti parlament seçkilərinin təşkili və keçirilməsini müşahid edəcək regional qərargahların ekspertləri ilə görüş keçirilmişdir. MDB PA DİMBİ Bakı Filialının mətbuat xidmətindən bildirmişlər ki, görüşdə parlament seçkilərinin uzunmüddətli müşahidəsini həyata keçirəcək ekspertlərlə fəaliyyət proqramı müzakirə olunmuşdur. MDB PA DİMBİ Bakı Filialının noyabrda keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı regionlarda uzunmüddətli monitorinqseçkihəyata keçirmək üçün hər birində 4 ekspert olmaqla 5 qərargahı sentyabrın 10-dan fəaliyyətə başlayacaqdır. AzərTAc
|