 Avropa Şurası Azərbaycanda parlament seçkilərinə hazırlıq prosesi çərçivəsində məhkəmələrin nümayəndələri üçün seminar və treninqlər keçirməyi planlaşdırır. Bunu sentyabrın 7-də Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek demişdir. Onun sözlərinə görə, tədbirlərin əsas mövzusu şikayətlərin təqdim olunması və nəzərdən keçirilməsi olacaqdır. Bundan əlavə, media qurumlarının nümayəndələrinin iştirakı ilə seçkilərin işıqlandırılmasına dair treninqlərin keçirilməsi də nəzərdə tutulur. AzərTAc
|