 Avropa Şurası Azərbaycanda parlament seçkilərinə hazırlıq prosesi çərçivəsində məhkəmələrin nümayəndələri üçün seminar və treninqlər keçirməyi planlaşdırır. Bu barədə Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek məlumat verib. Onun sözlərinə görə, tədbirlər şikayətlərin təqdim olunması və nəzərdən keçirilməsini əhatə edəcək. Bununla yanaşı, media qurumlarının nümayəndələrinin iştirakı ilə seçkilərin işıqlandırılmasına dair treninqlərin keçirilməsi də nəzərdə tutulur. APA
|