Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə başladı
AVCİYA seçki maarifçiliyinin 3-cü mərhələsinə başladıAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkilərində keçirəcəyi monitorinqlərlə bağlı geniş tədbir keçirdi.
Tədbir iki hissədə təşkil olunmuşdu. İlkin hissədə AVCİYA-nın regional nümayəndəlikləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə bütün respublikanı əhatə edən regional təmsilçiliklərin rəhbərləri ilə indiyədək görülən işlər və seçki ərəfəsində reallaşdırılması planlaşdırılan tədbirlər barədə geniş söhbət aparıldı. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və “ElS” Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova monitorinqlər zamanı AVCİYA-nın regional qurumlarının məsuliyyət yükü, təşkilatın tərəfsizliyinin bütün seçki prosesi boyu qorunmasının vacibliyi və digər tədbirlər barədə geniş məlumat verdilər. Sonra natiqlər parlament seçkiləri ərəfəsində vətəndaş cəmiyyətinin mövqeyi istiqamətində region təmsilçilərini maraqlandıran çoxsaylı sualları cavablandırdılar.

İki mərhələ arxada qaldı

Tədbirin ikinci hissəsi isə region nümayəndələri ilə bərabər ölkə ictimaiyyətinin, media təmsilçilərinin, xarici ölkələrin Azərbaycandakı diplomatik missiyalarının nümayəndələrinin iştirakı ilə davam etdirildi. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov assosiasiyanın 2004-cü ildən Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqini apardığını xatırladaraq onu da söylədi ki, “Bu sırada qarşıdan gələn parlament seçkiləri də istisna deyil. Biz artıq 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı monitorinqlərin birinci və ikinci mərhələsini başa vurmuşuq”.
AVCİYA –nin Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd etdi ki, assosiasiya 2004-cü ilin dekabrında bütün Azərbaycan ərazisində 300-dən çox yerli və xarici müşahidəçinin iştirakı ilə bələdiyyə seçkilərinin monitorinqini təşkil edib və “exit-poll” (çıxışda sorğu) tədqiqatını həyata keçirib.
Onun sözlərinə görə, assosiasiya 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində assosiasiya 2010-cu martın 5-də “Azərbaycan Respublikasında 2010-cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda dəyirmi masa və 2010-cu il aprelin 16-da Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirib.
Assosiasiya 2010-cu il mayın 26-da keçirdiyi mətbuat konfransında fəaliyyət proqramını ictimaiyyətə açıqlayıb. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar regionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb. 1-ci mərhələdə – regional ofislərin işinin parlament seçkilərinə uyğunlaşdırılması; 2-ci mərhələdə – regionlarda müşahidəçilər üçün təlim keçəcək təlimçilərin hazırlanması; 3-cü mərhələdəsə müşahidəçilər üçün treninqlər keçirilməsi, seçicilərin fəallığının artırılması və seçki günü ölkə üzrə müşahidənin təşkili proseslərini planlaşdırıb.
AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan 1-ci mərhələni iyun ayının axırında başa vurub. M. Zülfüqarlı bununla bağlı bildirdi ki, bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə regional nümayəndəliyinin işinin parlament seçkilərinə uyğunlaşdırılmasını stimullaşdıracaq tədbirlər həyata keçirilib. Bundan başqa həmin ay Xaçmaz, Şirvan, Lənkəran, Lerik, Zaqatala və Gəncə şəhərlərində ətraf rayon nümayəndələrinin iştirakı ilə seminarlar da təşkil olunub. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim edilib.
Təşkilat iyul ayının əvvəllərindən başlayaraq fəaliyyət proqramının 2-ci mərhələsində respublikanın 8 regionunda təlimçilər üçün seminarlar keçirib və regionlarda müşahidəçilərə treninqlər keçmək üçün 43 təlimçi hazırlayıb. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini də təşkil edir. Bununla əlaqədar hazırlanacaq “Aralıq hesabat” ictimaiyyətə təqdim olunacaq. Daha sonra AVCİYA- nın bu günə qədər seçkilərə aid bir sıra metodik vəsait və 14 kitabça nəşr etdiyini qeyd edən M.Zülfüqarlının sözlərinə görə, bu ilin iyul ayında isə 3 min tirajla “2010-cu il Milli Məclisə seçkilərin monitorinq, Yaddaş kitabçası” çap olunaraq regionlara paylanıb. Assosiasiyanın hazırladığı sənədlər, aralıq, yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Bundan əlavə avqustun 19-dan başlayaraq noyabrın 7-nə qədər hər həftənin cümə axşamı günü “525-ci qəzet”in bir səhifəsi AVCİYA-nın Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini əks etdirən yazılar dərc olunur.

3-cü mərhələdən gözlənənlər

Qərargah rəhbərinin sözlərinə görə, assosiasiya sentyabr ayının əvvəllərindən etibarən – 3-cü mərhələdə nəzərdə tutulan işlərin həyata keçirilməsinə başlayacaq. Bunlar regionlarda, həmçinin Bakı və Sumqayıtda müşahidəçilərin müəyyənləşdirilməsi və onların qanuna müvafiq olaraq qeydiyyatdan keçirilməsi; respublikanın bütün bölgələrində AVCİYA-nın yerli təlimçilərinin köməyi ilə müşahidəçilər üçün treninqlərin təşkili; regionlarda seçicilərin fəallığının artırılması üçün maarifçilik işlərinin həyata keçirilməsi; uzunmüddətli müşahidənin davam etdirilməsi və “Aralıq hesabat”ın hazırlanması; beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi; seçki günü ölkə üzrə müşahidənin təşkili və s.-dir.
M.Zülfüqarlı bildirdi ki, assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belorus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçiləri Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür. Bundan başqa AVCİYA Association Of European Election Officials (ACEEEO) təşkilatının 9 – 11 sentyabr 2010-cu il tarixdə Tbilisi şəhərində keçiriləcək konfransında təmsil olunacaq və Assosiasiyanın bu quruma üzvlük məsələsi müzakirə ediləcək.
Bundan sonra tədbir iştirakçıları fikir mübadiləsi apardılar. Onlar seçki ərəfəsindəki proseslər zamanı baş verə biləcək neqativ və pozitiv amillər, eləcə də seçki qanunvericiliyinin bəzi tələbləri ilə maraqlanırdılar. Daha çox region təmsilçilərini maraqlandıran suallar əsasən seçici aktivliyinə necə nail olunması, xüsusilə yerlərdə qadınların və gənclərin fəallığının təmini qaydaları, prosesin müşahidəsinin bitərəflərə həvalə edilməsinin vacibliyi və s. barədə idi.
Tədbirin sonunda treninq iştirakçılarına sertifikatlar təqdim edildi.

AVCIYA Mətbuat Xidməti

Tarix: 6 Sentyabr 2010   |  Oxunub: 71 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net