 AŞPA-nın Azərbaycanda parlament seçkilərinin müşahidə edilməsi üzrə nümayəndə heyəti ölkəyə oktyabrın ikinci yarısında səfər edəcək. Bu barədə təşkilatdan bildirilib. Beş nəfərdən ibarət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) missiyası oktyabrın 19-dan 22-dək ölkədə olacaq. Parlament seçkilərinin bilavasitə gedişini noyabrın 4-dən 8-dək Azərbaycanda olacaq 30 nəfərdən ibarət AŞ PA nümayhəndə heyəti müşahidə edəcək. Azərbaycanda parlament seçkilərinin 2010-cu il noyabrın 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir. Trend
|