Azərbaycan     English     Ðóññêèé   
Bu layihə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən yaradılıb.
Axtarış
Xəbərlər arxivi
Noyabr 2010 (133)
Oktyabr 2010 (125)
Sentyabr 2010 (64)
Avqust 2010 (59)
Iyul 2010 (2)
Iyun 2010 (11)
Dekabr 2009 (12)
Noyabr 2009 (10)
Oktyabr 2009 (4)
Sentyabr 2009 (1)
Avqust 2009 (2)
Iyul 2009 (2)
Iyun 2009 (6)
May 2009 (3)
Fevral 2009 (10)
Oktyabr 2008 (303)
Sentyabr 2008 (254)
Avqust 2008 (167)
Sorğu
Siz noyabrın 7-də parlament seçkilərində iştirak edəcəksinizmi?

Bəli
Xeyir
Bilmirəm

Majoritar sistem Azərbaycan reallığına daha uyğundur
Majoritar sistem Azərbaycan reallığına daha uyğundurSeçki sistemləri sonsuz sayda müxtəlif ola bilər. Bunun əsas səbəbi odur ki, heç bir seçki sistemi qiymətləndirmə üçün seçilmiş bütün meyarlara uyğun gələ bilməz. İnsanlar sistemi seçərkən yeni dəyərləri o biri dəyərlərin itkisi hesabına əldə edirlər. Buna görə də hər bir ölkə özünə daha çox uyğun olan, hökumətin səmərəli işləməsinə, ölkənin iqtisadi yüksəlişinə, stabilliyinə şərait yaradan sistemi seçir. Azərbaycan Respublikasında parlament seçkiləri həmin ildə keçirilmiş Milli Məclisə seçkilər də daxil olmaqla 2000–ci ilə qədər qarışıq sistem üzrə keçirilib. Yəni Milli Məclisdə olan 125 yerdən 100–ü plüralist – majoritar sistem, 25–i isə proporsional nümayəndəlik sistemi üzrə formalaşıb. Lakin 2000–ci ildən sonra 2005–ci ildə keçirilən parlament seçkiləri plüralist – majoritar sistemi ilə həyata keçirilib. Milli Məclisə 2010 – cu ilin noyabrında keçiriləcək seçkilər də plüralist – majoritar sistemi ilə baş tutacaq. Bəzi müxalifət partiyaları proporsional nümayəndəlik sisteminin bərpa olunması və parlament seçkilərinin tam bu sistem üzrə keşirilməsi ilə bağlı təkliflər irəli sürürlər. Lakin Milli Məclisdə çoxluq təşkil edən partiya əksinə plüralist – majoritar sistemin Azərbaycan reallığına daha çox uyğun gəldiyini, hökümətin əvvəlki illərə nisbətən daha səmərəli fəaliyyətinə şərait yaratdığını bildirirlər. Bu cür təkliflərin hansının daha əhəmiyyətli olduğunu yaxından görmək üçün bu sahədə mövcud olan beynəlxalq təcrübəyə nəzər salmaq vacibdir. Beynəlxalq təcrübədə seçki sistemlərinin müxtəlif kateqoriyaları var ki, bunlar da aşağıdakılardır: Plüralist – majoritar sistemlər (səslərin hamısı qalibə çatır –HQÇ); Proporsional nümayəndəlik sistemləri (PN) Yarıproporsional sistemlər Azərbaycan Respublikasında tətbiq olunan plüralist – majoritar sistem (HQÇ) Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur. Gürcüstanda parlamentdə olan 235 yerin 150–si plüralist–majoritar, 85-i isə proporsional nümayəndəlik seçki sistemi ilə formalaşdırılır. Ukrayna parlamentində olan 450 yerdən 250–sinə seçkilər plüralist–majoritar, 200 yerə isə proporsional nümayəndəlik seçki sistemi üzrə aparılır. Türkiyə Böyük Məclisində isə mövcud olan 550 yerin hamısı proporsional nümayəndəlik seçki sistemi ilə formalaşdırılır. Yuxarıda adı çəkilən seçki sitemləri haqqında ətraflı məlumat əldə etmək üçün onların şərhinə ehtiyac var. Plüralist–majoritar sisteminə (HQÇ) görə səslərin nisbi çoxluğunu qazanan namizəd qalib gəlir.Məsələn, bir namizəd səslərin 51% – ni, digəri 49 % – ni qazanırsa, 51% səs toplamış qalib hesab olunur və demək olar ki, səslərin hamısı (100%) qalibə çatır. Bu sistem Proporsional nümayəndəlik sistemindən (PN) fərqli olaraq seçkilərdə ən çox səs qazanmış partiyaya parlamentdə yerlərin sayını artırmağa imkan verir. Məsələn, bu sistemlə seçicilərin 53 % – nin səsini qazanmış partiya yerlərin 60 %-ni ala bilər. Bu sistemə görə hər dairədən bir namizəd seçilir və ən çox səs qazanmış namizəd qalib gəlir. Plüralist–majoritar sistem (HQÇ) parlamentdə çoxluq təşkil edən partiyaya öz proqramını, hətta həmin partiyadan kimlərinsə müxalifətə keçməsindən asılı olmayaraq həyata keçirməyə imkan verir. Bu sistem hökumətin effektivlik meyarına daha çox uyğun gəlir. Proporsional nümayəndəlik sistemləri (PN). Bu sistemə görə hər bir partiyaya verilən səslərin miqdarı ilə parlamentdə tutduğu yerlərin sayı uyğun gəlir. Məsələn, 52% səs toplamış partiya parlamentdə yerlərin 52% – ni əldə edir. Bu sistem ölkə üzrə partiyalara verilən səslərin itməməsi və onlara çatması baxımından cəlbedici görünür. Lakin bu sistem parlamentdə ədavətdə olan və rəqabət aparan çoxlu sayda partiyaların olmasına şərait yaradır ki, bu da koalision çoxluğun formalaşdırılması işini çətinləşdirir. Hətta koalisya yarandıqda belə onun sabitliyinə ümid az olur. Nəticədə hökümətin effektivliyi kəskin şəkildə aşağı düşür. Yarıproporsional sistemlər. Adından da göründüyü kimi bu sistem qarışıq sistem əsasında seçki keçirməyi nəzərdə tutur. Bu sistemlərlə yanaşı preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və Fransada tətbiq olunan iki turluq sistem mövcuddur. Bunların hər ikisi HQÇ sisteminin potensial qüsurunu aradan qaldırmağa imkan yaradır. Bu qüsur ondan ibarətdir ki, bir mandata 2 namizəd iddia etdikdə qələbə gözlənilmədən elə namizədə çata bilir ki, seçicilərə yenidən seçim imkanı verilsə onlar həmin namizədi rədd edərdilər. AS sistemi seçicilərə bu imkanı yaradır. Alternativ səsvermə (AS) sistemindən yalnız Avstraliyada və bir qədər dəyişilmiş şəkildə Sakit okeandakı Nauru ada dövlətində istifadə olunmasına baxmayaraq bəzi ekspertlər onu dəstəkləyir. Bu sistemə görə namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ- da olduğu kimi). Lakin fərq ondadır ki, seçicilər öz istəklərinə uyğun olaraq namizədləri siyahı üzrə sıraya düzürlər. Siyahıda birinci yer tutana 1 bal, ikinci yer tutana 2 bal verilir və s. Namizədlərdən heç biri səslərin əksəriyyətini toplaya bilmədikdə, ən az səs toplamış namizəd sıradan çıxır. Bu proses o vaxta qədər davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 % – ni toplamış olsun. Belə olduqda təkrar hesablama zamanı namizədə verilmiş “ikinci yerlərin” cəmi nəzərə alınır. Fransada tətbiq edilən iki turluq sistem analoji nəticənin əldə olunmasına yönəlib. Azərbaycan Respublikasının Milli Məclisinin bu il seçiləcək yeni tərkibi mojaritar seçki sistemi üzrə formalaşdırılacaq. Fikrimizcə, bu sistem Azərbaycan reallığına daha uyğun gəlir və ölkədə stabilliyin inkişafı, hökumətin öz proqramını həyata keçirməsi üçün münbit şərait yaradır.

AVCİYA Mətbuat Xidməti
Tarix: 26 Avqust 2010   |  Oxunub: 83 dəfə   |   Kateqoriya: Ümumi xəbərlər
Son xəbərlər
18/11/2010 MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxıb
18/11/2010 MSK-ya böhtan xarakterli müraciətlər daxil olub
18/11/2010 Seçkilər AŞPA Monitorinq Komitəsində müzakirə olunub
18/11/2010 Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
18/11/2010 MSK-nın iclası keçirilib
18/11/2010 Press – reliz
18/11/2010 AVCİYA:Qırğızıstan və Ukrayna ssenarisinin gerçəkləşməsinə rəvac verə bilər
18/11/2010 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb
18/11/2010 AVCİYA müşahidə missiyası
18/11/2010 Səslərin sayılması başa çatmamış 16 dairədəki son durum
18/11/2010 109 dairədə artıq yekun nəticələr məlumdur
18/11/2010 Nəticələrinə kölgə sala biləcək fakt daxil olmayıb
18/11/2010 Lider namizədlərin adları açıqlanıb
18/11/2010 5314 seçki məntəqəsinin 3100-dən məlumatlar daxil olub
11/11/2010 Hörmətli KIV təmsilçiləri!
10/11/2010 Seçkilər AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq keçirilib
10/11/2010 Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlamet seçkilərini işıqlandırırlar
10/11/2010 Azərbaycanın Xarici işlər nazirliyi
10/11/2010 Xarici işlər naziri ziddiyyətli məqamların olduğunu açıqlayıb
10/11/2010 Avropa Şurası Azərbaycanda keçirilən parlament seçkilərini qiymətləndirib
10/11/2010 ABŞ Dövlət Departamenti seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb
07/11/2010 Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdir
07/11/2010 Gəncədə İstintaq Təcridxanasında saxlanılan şəxslərin 66,7 faizi seçkidə iştirak edib
07/11/2010 Azərbaycanda parlament seçkilərində 38 faizə yaxın seçici səs verib
07/11/2010 Kanada və Hollandiyadan prosesinin normal getdiyini açıqlayıblar
07/11/2010 38 vətəndaşın evinə daşınan qutular aparılıb
07/11/2010 Svetlana Orlova: “Seçkilərdə barmaqların boyanması ədəbsizlikdir”
07/11/2010 “ELS” saat 15.00-a seçici fəallığının 36,2% olduğunu açıqlayıb
07/11/2010 Azərbaycanda keçirilən parlament seçkilərində saat 15.00-a seçicilərin 37,96%-i səs verib
07/11/2010 Ən yüksək seçici fəallığı 14 saylı Xəzər II Seçki Dairəsində qeydə alınıb
07/11/2010 ATƏT seçkiləri zamanı 200 seçki məntəqəsində olub
07/11/2010 Azərbaycan Mətbuat Şurasının
07/11/2010 Saat 14:00-a olan məlumata görə 12400 seçici iştirak edib
07/11/2010 “Qaynar xətt”inə 50-yə yaxın müraciət daxil olub
07/11/2010 Gəncədə seçkiləri izləyən ATƏT müşahidəçisi: “Seçkilər çox yaxşı təşkil edilib”
   
AVCIYA Web Production Copyringt © 2008 Müəllif hüquqları qorunur
info@azerbaijan-election.net